Körpənin öz orqanizmini tanıması, orqanizmin daxili tələblərinə münasib cavab verməsi üçün ayaqyolu qaydalarını öyrənmək gözəl fürsətdir. Körpə həvəslə ayaqyoluna qaçır, bədənindəki artıq maddələri ifraz etməyi öyrənir. Bu tanışlıq əvvəlki tanışlıqlardan çox fərqlənir. Öz iradəsi ilə özünü idarə etmək onun üçün maraqlıdır.
Körpə yalnız zəruri əzələləri idarə etməyə qadir olduğu vaxt ayaqyoluna gedə bilər. Körpə bələyini batırırsa, demək, uyğun əzələləri nizamlamağa qadir deyil.
Bu inkişaf mərhələsi haqqında kifayət qədər məlumatımız var. İki yaşa yaxın olan uşaqlar sizin məsləhətlərinizdən boyun qaçırmağa başlayırlar. Onlar qadağan olunmuş işlərə daha çox maraq göstərdiyindən siz onlara “yox” əvəzinə “hə” deməklə istəyinizə nail ola bilərsiniz. Əgər uşağı çirkli köynəyi geyməkdən çəkindirmək istəyirsinizsə, ona bu köynəyi geyməyi tapşırın. O, öz müstəqilliyini nümayiş etdirmək üçün, çox güman ki, təmiz köynək tələb edəcəkdir. Onun bu şıltaqlıqları inkişaf əlamətidir. Onu ayaqyoluna məcbur göndərmək asandır. Amma könüllü şəkildə məqsədə çatmaq olmur. Bir sözlə, körpənin həyatının bu dövründə ayaqyolu qaydaları xüsusi əhəmiyyətə malikdir.


more post like this