204.Ünsiyyət

692.İmam Əli (ə):«Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə.»[1]

693.İmam Sadiq (ə):«Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.»[2]

694.İmam Rza (ə):«Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar.»[3]

 

205. Allahla ünsiyyətdə olmaq

695.Allahın Peyğəmbəri (s):«Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər.»[4]

696.İmam Əli (ə):« Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.»[5]

697.İmam Sadiq (ə):«Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər.Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin.»[6]

698.İmam Əskəri (ə):«Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.»[7]

 

Mizanulhikmətin (xülasəsi)I cild

 

 

 



[1] Ğurərul-Hikəm, hədis 10303

[2] Biharul-Ənvar, c.78, səh.231, hədis 25

[3] Ə’lamud-Din, səh.307

[4] Biharul-Ənvar, c.75, səh.359, hədis 74

[5] Ğurərul-Hikəm, hədis 8644

[6] Biharul-Ənvar, c.70, səh.111, hədis 14

[7] əd-Dürrə əl-Bahirə, səh. 43


more post like this