Sual: 49. Tibb universiteti tələbəsiyəm. İyun ayından mart ayınadək olan maaşımı bir dəfəyə alıb ümrə həccinə getmək üçün qeydiyyata durdum. Bu pula xüms düşürmü?

Cavab: İmam (r), Sistani, Təbrizi, Fazil və Vəhid: Bəli, xüms ilinin sonunadək ümrə səfərinə getməsə, pulun xümsünü verməlidir.

Safi, Məkarim və Nuri: Xeyr, xümsü yoxdur.

Behcət: Əgər pul köçürtmədən başqa yolla getmək mümkün deyilsə, hesaba köçürülmüş pula xüms düşmür.

Xamenei: Köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış qərar əsasında ümrə həcci səfərinin qiyməti ünvanında olarsa xümsü yoxdur.

Sual: 50. Ümrə və müstəhəb ziyarətlər üçün toplanan pula xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, bir il ötdükdən sonra xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this