Əlini (ə) sevənlərdən, onun səhabələrindən biri də Ummu Zərih Əbdiyə olub. O xanım həm də şairə idi və «Cəməl» müharibəsində iştirak etmişdi.

Şeyx Mufid belə nəql edir: «Cəməl» müharibəsində Əlinin (ə) dostları Aişənin kəcavəsini mühasirəyə aldıqda vəziyyətin qeyri-məqbul olduğunu görən Aişə bir ovuc torpaq istədi. O, torpağı alıb Əlinin (ə) əskərlərinə tərəf ataraq uca səslə söylədi: «Üzünüz qara olsun». Əli (ə) onun bu hərəkətini görəndə buyurdu: «Ey Aişə! Bu torpağı sən atmadın. Bəlkə onu atan şeytan idi. Yaratdığın bu çətinlik isə tezliklə özünə qayıdacaq, inşəallah».

O zaman Ummu Zərih Aişəni məzəmmət edərək belə bir məzmunda şeir oxudu: «Ey Aişə! Bizi məhv edib qələbə çalmağa gəldin? Bizə daşlar atdın ki, bizi vurasan, inkar edəsən? Əgər müharibə etsək, sizə qələbə çalarıq».

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this