Ummu Muslim də Əlini (ə) sevənlərdən və onun dostlarından olub. O alicənab xanım «Cəməl» müharibəsində oğlu Müslimi qurban vermişdi.

 

Şeyx Mufid, Murxan deyir: «Cəməl» müharibəsində Ummu Muslimin oğlu Müslim ibn Abdullah Əlinin (ə) əmri ilə döyüşməyib müharibə iştirakçıları üçün Quran tilavət edirdi. Aişənin fərmanı ilə onu oxlayıb şəhid etdilər. Müslim, Cəməlin ilk şəhidi oldu. Cənazəsini Əlinin (ə) qarşısına gətirəndə anası ağladı və bu şeri oxudu: «Allahım, Müslim onlara Allahın kitabını oxudu. Onlar da kitabı oxuyurlar, ancaq ondan qorxmurlar. Nizələrini onun qanı ilə qızartdılar, anaları (Aişə) isə durub baxırdı. Və onlara Quran qarisini öldürməyi əmr etdi, onları bu işdən çəkindirmədi».

 

Bu şir ürəkli qadın batil əleyhinə olan döyüşdə öz qəhrəman övladını fəda etdi və Əlinin (ə) haqqını müdafiə etməkdən yorulmadı.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!

 

 

 

 

 

 


more post like this