Əziz İslam Peyğəmbəri (s) buyurur: “Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanlar və axirət arzusunda olanlardır”.

Görürük ki, əziz İslam Peyğəmbəri (s) ümmətin ən yaxşısı meyarını təyin edir. Göstərir ki, onun (s) ümmətinin ən yaxşıları – dünyaya daha çox etinasız olanlar və axirətə daha çox can atanlardır. Dünyanın faniliyinin fərqinə vara bilənlər, müsəlman ümmətinin ən yaxşılarıdır. Dünyanın ötəriliyini başa düşən insan Peyğəmbərin (s) ümmətinin ən yaxşısı olacaq. Bu dünyanın müvəqqəti və imtahan olub, hədəf və məqsədin qarşıdan gələn əbədiyyətin olmasına etiqad bəsləyənlər – Peyğəmbərin (s) göstərdiyi ümmətin ən yaxşısı meyarına uyğun gəlir.

Həzrət Peyğəmbər (s) öz ümmətinin ən yaxşılarını göstərmək üçün başqa mübarək çatdırışlar da edir. Əziz Rəsulumuz (s) buyurur: “Mənim ümmətimin ən yaxşısı – cavanlığını Allaha ibadətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir. Həqiqətən Allahın ona verəcəyi mükafat – cənnətin ən yüksək dərəcəsidir”.

Əziz İslam Peyğəmbəri (s) bizə öyrədir ki, cavanlıq və ibadət bir-birinə harmonik uyğun gələn ən mühüm məsələdir. Peyğəmbərimizin (s) çatdırmaq istədiyi ikinci məsələ budur ki, ümmətin yaxşıları təqvaya riayət edənlər, nəfslərini dünya ləzzətlərindən saxlayanlardır.

http://sualcavab.ge

 

 


more post like this