792. Həqiqi ümidə həvəsləndirmək

Quran:

«Həqiqətən də iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihad edənlər Allahın rəhmətinə ümidvardır. Allah bağışlayan və mehribandır»[1]

Hədis

2513. İmam Əli (ə) :«Hər bir ümidvar axtarandır, hər bir qorxaq isə qaçan.»[2]

2514. İmam Əli (ə) (Ondan nəsihət, məsləhət istəyən bir kişiyə buyurduqlarından): «Xeyir əməllər görmədən axirətə ümidvar olan və uzun arzular edərək tövbəni tə‘xirə salan şəxs kimi olma. Həmin şəxs dünyanı məzəmmət edərkən təqvalılar kimi danışar, ancaq dünyapərəstlər kimi rəftar edər.»[3]

2515. İmam Sadiq (ə) («Bir dəstə insanın günah edərək, Allahın rəhmətinə ümidvar olduqlarını dediklərini və ölənədək bu halda olduqlarını» ərz etdikdə): «Bu insanlar öz arzu və xəyallarına qərq olublar. Yalan deyirlər, onlar ümidvar deyillər. Çünki bir şeyə ümidi olan kəs, onu axtarmağa çalışar və bir şeydən qorxan kəs ondan qaçar.»[4]

 

793. Allahdan qeyrisinə ümidvar olmaqdan çəkindirmək

2516. İmam Əli (ə):«Bütün ümidlərinizi pak olan Allaha bağlayın və Ondan qeyrisinə ümid etməyin. Çünki Allahdan qeyrisinə ümid bəsləyən elə birisi olmadı ki, ümidi puça çıxmasın.»[5]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Bəqərə, ayə218

[2] Əmali-Muvid,səh. 207 , hədis38

[3] Nəhcül-Bəlağə, hikmət 150

[4] əl-Kafi, c.2,səh. 68 , hədis5

[5] Ğurərul-Hikəm,hədis 2511


more post like this