Cavab: “Ulul-əmr” ayəsi aşağıdakı ayədir:
“Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz içinizdən olan əmr sahiblərinə itaət edin.”[3707]
Hənəfi məzhəbindən olan alim Həskani özünün “Şəvahidut-tənzil” kitabında yenə yazır: “Bir zaman Peyğəmbər (s.ə.v.v) bu ayəni oxuyub dedi: “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, bu ayədə Allah onları Özünə və mənə yaxın etmiş və buyurmuşdur ki, bir işdə çətinlik çəkib qorxsanız Allaha, Onun Rəsuluna və ulul-əmrə müracət edin.” Əli (əleyhissalam) “Ya Rəsuləllah! Ulul-əmr kimlərdir?” – deyə sual etdikdə, Peyğəmbər “Sən onların birincisisən” – deyə cavab verdi.[3708]
[3707] “Nisa” surəsi, 59-cu ayə.
[3708] “Şəvahidut-tənzil”, 1-ci cild, səh.189, hədis.202

NUR-AZ.COM


more post like this