Ulul-əzm peyğəmbərlər şəriət və din sahibi olan peyğəmbərlərdir. Allah taala tərifindən onlara kitab nazil edilib və qalan peyğəmbərlər onların gətirdikləri dinin təbliğçiləri olmuşlar. Buna baxmayaraq bilməliyik ki, Qurani-Kərimin buyurduğuna əsasən peyğəmbərlərin həqiqətən Allah tərəfindən göndərilmələri baxımından bir-biriləri ilə heç bir fərqi yoxdur. Bəqərə surəsinin 136-cı və “Ali-İmran” surəsinin 84-cü ayələrində bu cümlə təkrarlanıb: “Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq.” Qurani-Kərimdə ulul-əzm peyğəmbərlərdən başqa bir sıra peyğəmbərlərin də mübarək adları çəkilib. O cümlədən:

Həzrət Adəm(ə) Həzrət İdris(ə)

Həzrət Hud(ə) Həzrət Saleh(ə)

Həzrət Lut(ə) Həzrət İsmail(ə)

Həzrət İshaq(ə) Həzrət Yəqub(ə)

Həzrət Yusuf(ə) Həzrət Şueyb(ə)

Həzrət Əyyub(ə) Həzrət Xizr(ə)

Həzrət Harun(ə) Həzrət İlyas(ə)

Həzrət Yunis(ə) Həzrət Davud(ə)

Həzrət Süleyman(ə) Həzrət Əlyəsə(ə)

Həzrət Zəkəriyya(ə) Həzrət Yəhya(ə)

Habelə bir sıra peyğəmbərlərin adı hədis və rəvayətlərdə

çəkilib. O cümlədən:

Həzrət Şeys(ə) Həzrət Sam(ə) Həzrət Səmud(ə) Həzrət Qali(ə)

Həzrət İmran(ə) Həzrət Yuşə(ə) Həzrət Loğman(ə) Həzrət Ə`la(ə)

Həzrət Əhya(ə) Həzrət Natan(ə) Həzrət Həzqil(ə) Həzrət Mixail(ə)

Həzrət Sifniya(ə) Həzrət Yəhuda(ə) Həzrət İrmiya(ə) Həzrət Həzqiya(ə)

Həzrət Əşiya(ə) Həzrət Uriya(ə) Həzrət Daniyal(ə) Həzrət Yuil(ə)

Həzrət Həbquq(ə) Həzrət Uzeyr(ə) Həzrət Yərmiya(ə) Həzrət Məhsiya(ə)

Həzrət Həca(ə) Həzrət Cərcis(ə) Həzrət Əzra(ə) Həzrət Ədnan(ə)

İndi isə Qurani-Kərimin buyurduqlarını əsas tutaraq üç tarixi əsərdən istifadə edib ulul-əzm peyğəmbərlərin tərcümeyi halını qısa şəkildə əziz oxuculara təqdim edirik: (1–“Tarixi-Yəqubi”–Müəllifi Əhməd ibn Yəqubdur. Bağdad şəhərində anadan olub və hicrətin 284-cü ilində Misirdə vəfat edib. Yazdığı tarix əsəri insanın yaradılışından başlayaraq hicrətin 259-cu ilinə qədər (Abbasilər hökümətində Mötəmid Ələllahın hakimiyyətinə qədər) olan dövrü əhatə edir. 2- “Murucuz-zəhəb”–Müəllifi Əbul-Həsən Əli ibnil-Hüseyn Məsudidir. Hicrətin 280-ci ilində Bağdad şəhərində dünyaya gəlib və 345-cü ildə Misirdə vəfat etmişdir. Bu əsərdə yaradılışdan başlayaraq hicrətin 336-cı ilinə qədər (Abbasilər hökümətində-Mütiu-lillahın hakimiyyətinə qədər) olan dövrü əhatə edir. 3–“Əxbarut-tival”–Müəllifi Əbu Hənifə Əhməd ibn Davud Dinuridir. Hicrətin 282-ci ilində vəfat etmişdir. Yazdığı tarix əsəri Adəmin(ə) həyat dövründən başlanır. Habelə peyğəmbərlərin(ə) də yaşayışlarını şərh edərək Abbasilər hakimiyyətinin 5-ci xəlifəsinin dövrünü əha

tə edir.)

 

 

 

 

sualcavab.ge


more post like this