69. Ülfət

Quran: 

«O Allah ki, səni öz köməyi və möminlərin köməyi ilə möhkəmlətdi. Və onların ürəklərini bir-birinə ülfətlə bağladı. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O , yenilməz qüvvət və hikmət sahibidir.»[1]

«Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi bir-birinə ülfətlə bağladı və Onun lütfü sayəsində bir-birinizlə qardaş oldunuz.»[2]

Hədis

276.İmam Əli (ə):«Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır.»[3]

277.İmam Sadiq (ə):«Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə  bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.»[4]

 

70.Başqaları ilə ünsiyyət yaradıb uyuşmayan şəxsdə xeyir yoxdur.

278.Allahın Peyğəmbəri(s):«Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.»[5]

279.Allahın Peyğəmbəri (s):«Möminlərin ən yaxşısı, möminlərin ünsiyyət tuta bildikləri kəsdir. Başqaları ilə ünsiyyət yaratmayan və başqalarının da onunla ünsiyyət tuta bilmədiyi kəsdə heç bir xeyir yoxdur.»[6]

 

 

Mizanulhikmətin (xülasəsi)I cild

 



[1] Ənfal, ayə 62-63

[2] Ali-İmran, ayə 103

[3] Biharul-Ənvar, c.78,  səh.11,  hədis 70

[4] Tuhəful-Uqul,  səh.373

[5] Tuhəful-Uqul,  səh.45

[6] Biharul-Ənvar, c.75,  səh.265,  hədis 9


more post like this