Həmçinin Nur surəsi ayə (11-dan 20)-ya qədər. Cavab: 1. Tövbə surəsinin 100-cü ayəsinin izahı: Öncəki ayələrin davamı olaraq (öncəki ayələrdə münafiqlərdən və kafirlərdən söhbət açılmışdır) həqiqi müsəlmanlardan söhbət açır. Onları üç qrupa bölür. Birinci qrup İslamda qabaqcıl olanlardır: وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ İkinci qrup Peyğəmbər (s) və mühacir yoldaşlarına kömək edən ənsarlardır: وَالأَنصَارِ ـ çüncü qrup isə bu iki qrupdan sonra gələn və yaxşı işlərdə onların yolunu davam etdirən tabeilərdir: وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ Bu üç qrupun adını çəkdikdən sonra buyurur: Həm Allah onlardan razıdır, həm də onlar Allahdan razı olublar. رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ Ayənin davamında isə buyurur: Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş! Ayə ilə bağlı bir neçə məsələni nəzərdən qaçırmaq lazım deyil: 1. Ayədə “qabaqcıllardan” məqsəd kimdir sualına cavab olaraq təfsirçilər arasında bir neçə versiya mövcuddur. Bəzilərinə görə məqsəd hər iki qibləyə namaz qılanlardır. Bəzilərinin fikrincə, Beyəti-rizvanda (Hüdeybiyyədə beyət zamanı) beyət edənlərdir. Bəzilərinin fikrincə onlar yalnız Bədr döyüşündə iştirak edənlərdir. Bəzilərinin fikrincə, isə ayə Hicrətdən öncə iman gətirən bütün müsəlmanlara aid olur. Lakin bu dörd versiyanın heç biri üçün ayədən dəlil göstərmək olmaz. Ayədən başa düşülən budur ki, ayə Hicrətdən öncə iman gətirən və Bədrdən öncə hicrət edən və ya Peyğəmbərə (s) iman gətirib ona sığınacaq verənlərdir. çünki ayədə ilklər və qabaqcıllar sözü yanaşı verilmiş və heç bir qrupa və ya şəxsə aid ip ucu verilməmişdir. 2. Ayədə qeyd olunan qabaqcılların fəzilətinin şərti iman və saleh əməldir. Çünki ayə möminlərə elə bir şəkildə müjdə vermişdir ki, pis əməlləri də həmin şəkildə məzəmmət etmişdir. Bundan başqa digər ayələr də möminləri mədh edərkən onlara xoş vədələr vermiş, lakin bu vədləri imanla, əməlisalehlə şərtlənmişdir. (Misal üçün, bax: Mumin, 7-8; Fəth, 29; Tur, 21). Əgər ayə iman və əməlisalehlə şərtlənməsə o zaman Tövbə surəsinin 80, 96-cı, Ali-İmran surəsinin 58-ci və Nisa surəsinin 123-cü ayəsi ilə ziddiyyət təşkil edir. Bu fikri qəbul etdiyimiz təqdirdə Allahın Quranda vədə verdiyi bütün əzab və savablar sistemi içindən çıxılması mümkün olmayan bir qarışıqlığa düşür. Məlum ayənin təfsirində digər maraqlı məqamlar da mövcuddur ki, onları burada qeyd etmək sual-cavab bölməsinin imkanları xaricindədir. 2. Hədis və təfsir kitablarında “Nur” surəsinin 11-20-ci ayələri haqqında iki nazil olma səbəbi qeyd olunmuşdur. Bunlardan biri daha məşhur versiyadır. Hədisdə deyildiyinə görə Ayişə deyir: “Peyğəmbər (s) səfərə getdiyi zaman xanımları arasında püşk atar, püşk hansına düşsə, onu özü ilə aparardı. Qəzvələrdən birində (Bəni əl-Müstələq döyüşü, hicri 5-ci il) püşk mənim adıma düşdü. O zaman hicab ayəsi nazil olduğu üçün örtükdəydim. Döyüşdən qayıdarkən gecə Mədinəyə az qalmış ayaqyoluna getmək məqsədi ilə ordudan aralandım. Geri dönərkən boyunbağımın qırıldığını gördüm və onu yığmaq üçün geri döndüm. Ordunun otraq etdiyi yerə çatdıqda artıq ordu hərəkət etmişdir. Yolda qalmışdım. Təsadüfən Səfvan adlı döyüşçü məni görüb mənimlə bir kəlmə belə danışmadan məni orduya yetirdi. Bəziləri haqqımda şayiə yaydılar. Ən çox ittiham səsləndirən Əbdullah ibn Əbu Səlul idi. Bu ittiham Mədinəyə yayıldı. Peyğəmbər Əlinin (ə) məsləhəti ilə kənizimi sorğu-suala tutdu. Sonra mənbərə çıxıb mənim pak olduğumu bildirdi və böhtan atanları cəzalandırdı. Bu rəvayət bütün təfsir kitablarında nəql olunuşdur. İkinci nazil olma səbəbi isə Peyğəmbərin (s) digər həyat yoldaşı Mariyə haqqındadır (Ayişənin ona böhtan atması haqqında). Həzrətin ondan dünyaya gələn oğlu İbrahim vəfat edərkən sonra Ayişə onu narahat görüb deyir: Niyə narahat olursan, onsuzda o uşaq səndən deyildi. Onun atası Cüreyh Qibti idi. Peyğəmbər Əliyə (ə) Cüreyhi öldürməyi tapşırdı. İmam (ə) sıyrılmış qılıcla Cüreyhin ardınca getdi. Cüreyh qorxub ağaca çıxdı. İmamın (ə) ona çatdığını hiss edib özünü ağacdan atdı. Bu zaman köynəyi yuxarı qalxdı və onun cinsiyyət orqanı olmadığı bəlli oldu. Qeyd: Hər iki nazil olma səbəbində ziddiyyətlər olduğu üçün qəbul oluna bilməz. Misal üçün, birinci rəvayətdə Peyğəmbərin (s) şayiələrin təsiri altına düşməsi, şayiə yayanlara qarşı susması və onların cəzasını təxirə salması, ikinci rəvayətdə isə Ayişənin şahidsiz zina nisbəti verdiyi üçün cəzalandırılmaması, ayədə bir qrupdan söhbət getməsi rəvayətdə isə yalnız Ayışənin ittiham irəli sürməsindən söhbət getməsi və s. bu kimi ziddiyyətlər bu tarixi hadisələri sual altına alır və qabul etməyi çətinləşdirir. NUR-AZ.COM


more post like this