Sual: 51. Gəlirimdən iki il sonra ev düzəldib yaşamaq üçün torpaq almışam. İl tamam olduqda onun xümsünü verməliyəmmi?

Cavab: (Təbrizi, Sistani, Məkarim və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Əgər yaşayış üçün evin hazırlanması yalnız bu yolla mümkündürsə alınmış torpağın xümsü yoxdur.

Məkarim: Xümsü yoxdur.

Təbrizi və Vəhid: Torpağın xümsünü hazırkı qiyməti əsasında verilməlidir.

Sistani: Birbaşa ev almağa imkanı çatmırsa və onun kimi şəxslər tədricən ev hazırlayırsa (bu işin tərki ailə qarşısında səhlənkarlıq hesab olunur) alınmış torpağa xüms düşmür.

Sual: 52. İş qazancından torpaq almışam və il tamamlandıqda xümsünü ödəmişəm. Bu torpağı qiymətinin qalxmasına görə saxlamışam. Bir neçə ildən sonra qiymətin qalxmış hissəsinin xümsün verməliyəmmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Torpağın dəyərinin artmış miqdarına xüms düşür.

Qeyd: Qeyd olunmuş cavab o hala aiddir ki, torpağı satmaq və pulunu əldə etmək mümkün olsun.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this