308.Töhmət

1006.İmam Sadiq (ə):«Mömin öz (mömin) qardaşına töhmət vuran zaman iman onun qəlbində duz suda əridiyi kimi əriyər.»[1]

1007.İmam Sadiq (ə):«Kim öz din qardaşına töhmət vursa, onların arasında hörmət qalmaz.»[2]

 

309.Töhmətə səbəb olan yerlərə getmək qadağandır

1008.Allahın Peyğəmbəri (s):«Töhmətə ən layiqli şəxs töhmətli adamlarla yoldaşlıq edən kəsdir.»[3]

1009.İmam Əli (ə):«Töhmətə səbəb olan və barəsində pis gümanlar edilən məclislər(ə getmək)dən çəkin. Çünki pis dost öz yoldaşını aldadır.»[4]

1010.İmam Əli (ə):«Töhmətə səbəb olan yerlərdə dayanan kəs onun barəsində pis gümana düşən şəxsi məzəmmət etməməli, qınamamalıdır.»[5]

1011.İmam Əli (ə):«Pis yerlərə get-gəl edən şəxs pis güman və töhmətə məruz qalar.»[6]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] əl-Kafi, c.2 səh.361, hədis 1

[2] əl-Kafi, c.2 səh.361, hədis 2

[3] Əmali-Səduq , səh.28, hədis 4

[4] Biharul-Ənvar, c.75, səh.90, hədis 2

[5] Biharul-Ənvar, c.75, səh.90, hədis 4

[6] Biharul-Ənvar, c.75, səh.91, hədis 8


more post like this