Sual: 53. Gəlirimdən ehtiyaclı olduğum torpağı alıb, tədricən iki il ərzində ev tikməyə başlamışam. Evə tam tikilmədiyi ildə xüms düşürmü?

Cavab: (Behcət, Təbrizi, Sitani və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Xeyr, ev tikmək üçün hazırlanmış materiallara xüms düşmür.

Behcət: Əgər evi bir başa hazırlaya bilmirsə aldığı tikinti materiallarına xüms düşmür.

Təbrizi və Vəhid: Məskunlaşma ilindən öncə tikilidə işlənmiş və ya artıq qalmış materialların xümsü hazırkı qiymətlə ödənir.

Sistani: Əgər birdəfəyə ev almağa imkanı çatmırsa və adətən onun kimi şəxslər tədricən ev hazırlayırsa (Bunun tərki ailə qarşısında səhlənkarlıq sayılır.) bu halda yarıtikili evə xüms düşmür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this