islamic mənbələri

    1. home

    2. article

    3. Ticarət

    Ticarət

    Ticarət
    Rate this post

     

    278.Ticarət

    Quran:

    «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını haqsız yerə yeməyin və bir-birinizi öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir.»[1]

    Hədis:

    937.İmam Əli (ə):«Ticarət işləri ilə məşğul olun ki, ticarət sizi başqalarının malından ehtiyacsız edir. Allah-taala düz olan peşə sahibini sevir.»[2]

    938.İmam Sadiq (ə):«Ticarət etmək ağlı artırar.»[3]

     

    279.Ticarət etməmək

    939.İmam Sadiq (ə):«Ticarət etməmək ağlı zəiflədir.»[4]

    940.İmam Sadiq (ə) geyim alveri ilə məşğul olan Məaz ibn Kəsir «mənim özümə görə sərvətim var və bazardan çıxmaq qərarına gəlmişəm» dedikdə buyurmuşdur: «Belə olan halda nəzərin etibardan düşəcək və heç bir işdə səndən kömək istənilməyəcək.»[5]

     

    280.Ticarətin qayda şərtləri

    941.Allahın Peyğəmbəri (s):«Alver edən şəxs beş işdən – sələmdən, and içməkdən, malın eybini gizlətməkdən, satanda tərifləməkdən və alanda pisləməkdən çəkinməli, əks təqdirdə (deyilənləri etməyəcəyi təqdirdə) alveri tərk etməlidir.»[6]

    942.İmam Əli (ə):«Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar.»[7]

    943.İmam Əli (ə):«Ey tacirlər! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin!»[8]

    944.İmam Əli (ə):«Ey tacirlər! Qazanc və işə başlamamışdan Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan bərəkət axtarın, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and içməkdən çəkinin, yalan deməkdən uzaqlaşın, zülm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın «və ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın.»[9]

    945.İmam Sadiq (ə):«Ticarət etmək istəyən hər bir şəxs öz dininin hökmlərini öyrənməlidir ki, halalı haramdan seçə bilsin. Öz dininin hökmlərini öyrənmədən ticarət edən şəxs şübhələr (halal –haramlığı məlum olmayan) bataqlığına yuvarlanar.»[10]

    946.İmam Sadiq (ə):«Bir-biri ilə alver edən iki müsəlmandan biri peşman olub işin pozulmasını istəyən zaman qarşı tərəf onun xahişini qəbul etsə, Allah Qiyamət günü onun səhv və xətalarından keçər.»[11]

     

    281.Çəkidə aldatmaq qadağandır

    Quran:

    «Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslərin ki, özləri xalqdan bir şey alan zaman onu tam ölçüb alar, xalq üçün ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.»[12]

    Həmçinin müraciət et:Ənam 152;Hud 84, 85; Şuəra 181-183; ərRəhman 7-9

    Hədis:

    947.Allahın Peyğəmbəri (s):«Çəkəndə (müştərinin xeyrinə) ağır çəkin.»[13]

    948.İmam Sadiq (ə):«Tərəzi müştərinin xeyrinə ağır olmayınca müştərinin haqqı ödənilməyəcəkdir.»[14]

     

    282.Tacirlərin sədəqə verməyə təşviq edilməsi

    949.Allahın Peyğəmbəri (s):«Ey tacirlər! Alver zamanı Şeytan və günah yanınızdadır. Odur ki, alış-verişinizi sədəqə ilə qarışdırın.»[15]

     

    283.Alışverişdə asanlıq yaratmaq

    950.Allahın Peyğəmbəri (s):«Allah rəhm etsin o bəndəyə ki, alış-verişdə, borcun verilməsi və alınmasında asanlıq yaradır.»[16]

    951.İmam Əli (ə) mal satan bir kişiyə tövsiyə edərək buyurmuşdur: «Allahın Peyğəmbərinin (s) belə buyurmasını eşitdim: Güzəşt və asanlıq yaratmağın özü bir növ mənfəətdir.»[17]

    284.Çənə vurmaq

    952.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dörd şeydə çənə vurma: «Qurbanlığın, kəfənin və qulun alınmasında və Məkkə səfərinin kirayəsində.»[18]

    953.İmam Baqir (ə):«Müştəri ilə çənə vur. Çünki çox pul versə də çənə vurmaq rahatlıq və xatircəmliyə səbəb olur. Alış-verişdə ziyana uğrayan nə tərifə layiqdir, nə də mükafata!»[19]

     

    285.Çənə vuranla çənə vurmayan arasında fərq qoymamaq

    954.İmam Sadiq (ə) malının üstünə müəyyən bir qiymət qoyub onu çənə vurmayan müştəriyə həmin qiymətə, malı həmin qiymətə almaq istəməyən buna görə də çənə vuran müştəriyə isə malı artıran şəxs barəsində buyurmuşdur:«Əgər hər ikisinə və üçüncü bir şəxsə (satanda) malı artırsa eybi yoxdur. Amma həmin miqdar malı o qiymətə almaqdan imtina edərək çənə vuran şəxsə belə edir, çənə vurmayana etməyirsə, mən bu cür işi bəyənmirəm.Əlbəttə, malın hamısını bir yerdə topdan satsa bu istisnadır.»[20]

     

    286.Möminin mömindən qazanc götürməsi

    955.İmam Sadiq (ə):«Möminin mömindən qazanc götürməsi sələmdir, bu istisna ilə ki, malı yüz dirhəmdən artıq qiymətə almış olsa, bu halda həmin malın qiymətinin üstünə gündəlik yeməyin miqdarı qədər artır. Yaxud da (mömin mömindən aldığı malı) ticarət etmək üçün almış olsun ki, onda onlardan qazanc götürmək olar. Amma (hər halda) bir-birinizlə mülayim və mehriban davranın.»[21]

    956.İmam Sadiq (ə) möminin mömindən qazanc götürməsinin sələm olması barəsindəki rəvayətlə bağlı buyurmuşdur:«Bu haqqın hakim olduğu və biz əhl-beytin Qaim imamı qiyam edən zaman üçündür. Bu gün isə (həmin işi görməyin) eybi yoxdur.»[22]

     

    287.Yaramaz pis əməlli tacirlər

    957.Allahın Peyğəmbəri (s):«Tacirlər yaramaz adamlardırlar.» (Peyğəmbərə) dedilər:«Ey Allahın Peyğəmbəri, məgər Allah alış-verişi halal etməyib?» Buyurdu:«Bəli, amma bu tayfa alver edən zaman yalan danışır və and içməklə günah edir.»[23]

    958.Kənzül-ummal:«İmam Əli (ə) bazara gələr və öz yerində dayanıb buyurardı:«Salam olsun sizə ey bazar əhli! Allahdan qorxun və and içməyin! Çünki and içmək malı rövnəqləndirir və bərəkəti aradan aparır. Düz alıb düz verəni istisna olmaqla, tacirlər yaramaz adamlardır!»[24]

     

    288.Tacirin doğru danışmağı

    959.Allahın Peyğəmbəri (s):«Doğru danışan və doğru əməl sahibi olan müsəlman tacir Qiyamətdə şəhidlərlə bir yerdə olar.»[25]

    960.Allahın Peyğəmbəri (s):«Doğru danışan tacir Qiyamətdə ərşin kölgəsinin altında olacaqdır.»[26]

    961.Allahın Peyğəmbəri (s):«Allah üç nəfər(in üzün)ə baxmayacaq: «……öz malını yalandan tərifləyənə.»[27]

     

    289.And içməklə malı tərifləmək

    962.İmam Əli (ə):«Ey dəllallar! Az and için! Çünki bu iş malın satılmasına səbəb olsa da,(həqiqi) xeyir və mənfəəti aradan aparar.»[28]

    963.İmam Sadiq (ə):«Allah-taala malını and içməklə satan şəxsə nifrət edər.»[29]

     

    290.Axirət ticarəti

    Quran:

    «Ey iman gətirənlər! Sizə elə bir ticarət yolu göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O bundan ibarətdir:) Allaha və Onun Peyğəmbərinə iman gətirin və Allah yolunda mal və canınızla cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.»[30]

    Hədis:

    964.Allahın Peyğəmbəri (s):«Gözün görən və qəlbinə yatan hər bir şeyi Allaha görə kənara qoy. Budur axirət ticarəti. Çünki Allah buyurub:«Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir.»[31]

    965.Allahın Peyğəmbəri (s):«Dünya taciri özünü və malını təhlükəyə atır, axirət taciri isə qazanc və mənfəət götürür. Onun ilk qazancı nəfsi, ondan sonra isə uca Cənnət!»[32]

    966.İmam Əli (ə):«Saleh əməl kimi ticarət, savab kimi qazanc yoxdur.»[33]

    967.İmam Əli (ə):«Ən çox qazancı dünyanı verib axirəti alan şəxs əldə edib.»[34]

    968.İmam Əli (ə):«Kim özünü Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə düşüb.»[35]

    969.İmam Əli (ə):«Kim Allaha itaəti öz malı etsə, ticarət etmədən qazanclar ona tərəf gələr.»[36]

    291.Ticarət mömini Allahı zikr etməkdən yada salmaqdan yayındırmır

    Quran:

    «O kəslər ki, nə ticarət, nə alış veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar.»[37]

    Hədis:

    970.Fiqhur-Rza (ə) kitabında:«Qazanc və ticarətlə məşğul ikən namazın vaxtı çatan zaman alverin səni namazdan saxlamasın. Çünki Allah bəzilərini bu cür vəsf edərək tərifləyib:«O kəslər ki,….. yayındırmaz» Onlar tacir olublar. Amma namazın vaxtı çatan kimi qazanc və alverdən əl çəkərək namaza durardılar. Onların muzd və mükafatı ticarət etməyib namaz qılanlardan çox idi.»[38]

     

    292.Ticarət din

    971.İmam Əli (ə):«Dinini öz dükanı etmiş şəxsin dinindən payı, elə həmin yediyidir.»[39]

    972.İmam Əli (ə):«Axirət əməli ilə dünya (malı) axtaran şəxs öz məqsədindən daha da uzaqlaşar.»[40]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Nisa, ayə 29

    [2] Vəsailuş-Şiə, c.12, səh.4, hədis 6

    [3] əl-Kafi, c.5, səh.148, hədis 2

    [4] əl-Kafi, c.5, səh.148, hədis 1

    [5] əl-Kafi, c.5, səh.149, hədis 10

    [6] Biharul-Ənvar, c.103, səh.95, hədis 18

    [7] Kənzul-Ummal, hədis 9293

    [8] əl-Kafi, c.5, səh.150, hədis 1

    [9] Biharul-Ənvar, c.78, səh.54, hədis 100

    [10] Vəsailuş-Şiə, c.12, səh.283, hədis 4

    [11] Vəsailuş-Şiə, c.12,səh.287, hədis 4

    [12] Mütəffifin, ayə 1-3

    [13] Kənzul-Ummal, hədis 9442

    [14] əl-Kafi, c.5, səh.159, hədis 1

    [15] Kənzul-Ummal, hədis 9440

    [16] Kənzul-Ummal, hədis 9453

    [17] Vəsailuş-Şiə, c.12, səh.288, hədis 4

    [18] əl-Xisal səh.245, hədis 103

    [19] Vəsailuş-Şiə, c.12, səh.335, hədis 2

    [20] əl-Kafi, c.5, səh.152, hədis 10

    [21] əl-Kafi, c.5, səh.154, hədis 22

    [22] Vəsailuş-Şiə, c.12, səh.294, hədis 4

    [23] Kənzul-Ummal, hədis 9451

    [24] Kənzul-Ummal, hədis10043

    [25] Kənzul-Ummal, hədis9216

    [26] Kənzul-Ummal, hədis9218

    [27] Biharul-Ənvar, c.75, səh.211, hədis 6

    [28] əl-Kafi, c.5, səh.162, hədis 2

    [29] Əmali-Səduq, səh.390, hədis 6

    [30] Səff, ayə 10, 11

    [31] Biharul-Ənvar, c.77, səh.106, hədis 1

    [32] Tənbihul-Xəvatir, c.2, səh.120

    [33] Biharul-Ənvar, c.69, səh.409, hədis 122

    [34] Ğurərul-Hikəm, hədis 3076

    [35] Ğurərul-Hikəm, hədis 3474

    [36] Ğurərul-Hikəm, hədis 8864

    [37] Nur, ayə 37

    [38] Biharul-Ənvar, c.103, səh.100, hədis 40

    [39] Tuhəful-Uqul, səh.223

    [40] Ğurərul-Hikəm, hədis 7901