“Tibbur-Riza” risaləsi İslamın tibb haqqında ən nəfis və qiymətli irslərindəndir. Bu risalədə tibb elmləri, biologiya, gigiyena və xəstəliklər haqqında faydalı bilgilər vardır.

Gilan Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) Mədinədən Tusa mühacirətinin (bu yolda ona olunan zülmlərə baxmayaraq) çoxlu faydaları da olmuşdur. Ümumiyyətlə imamlar hamısı vahid nura sahibdirlər. Amma bu nurlar bəzən Kərbəlada, bəzən sülhdə, bəzən zindanda və bəzən də elm meydanında parlamışlar və insanları hidayət etmişlər.

İmam Rzanın (ə) zamanında Əbbasi xəlifəsi özünü şiələrə sevdirmək üçün zahirdə bütün şiələrin, o cümlədən iranlıların İmamla (ə) əlaqə yaratmalırna imkan vermişdi. İmam (ə) da yaranmış fürsətdən istifadə edib İslami bilikləri rəvayətlər şəkilində camaata öyrədirdi. Bu elmlərdən biri “Tibb” elmi idi.

İmam (ə) Məmunun məclisində Yuhənna bin Masuyə, Cibril bin Yəxşu, İbn Behlə Hindi kimi alimlərə görüşdükdən sonra onaların suallarına cavab olaraq tibb elmi barədə bir kitab yazdı və Məmun üçün göndərdi. Məmun onu qızıl suyu ilə yazdırdı. Bunun üçün də bu kitab “Zəhəbiyyə risaləsi” adı ilə məşhur oldu.

Bu kitaba müxtəlif tərcümə və şərhlər yazılmışdır. Bu kitabın Əllamə MəhəmmədBaqir Məclisi tərəfindən Farsca tərcüməsinin əlyazma nüsxəsi Kazimiyyə şəhərinin Seyid Sədr kitabxanasında mövcuddur. Bu kitabın 1114, 1126, 1133-cü hicri illərinə aid olan nüsxələri İran kitabxanalarında saxlanılır.

Bu kitabdan bəzi tibbi dəsturlar:

1.   Hafizənin güclənməsi üçün hər gün acqarına 7 misqal qara kişmiş yemək lazımdır.

2.   Qulaq ağrısının qarşısını almaq üçün hər gecə yatanda qulaqa bir az pambıq qoymaq.

3.   Dırnaqların sağlam olması üçün hər cüməaxşamı dırnaq tutmaq

4.   İsti su ilə hamam etmək bədəni paklayır və soyuq su ilə hamam etmək dərini cavanlaşdırır.

5.   Acanda yemək və doyarkən yeməkdən çəkinmək

6.   Çox yemək həzm prosesini pisləşdirir.

7.   Çox yemək insanı kökəldir və ürəyin işində çətinlik yaradır və oynaqlarda ağrılar yaradır.

8.   Dolu qarınla hamam etmək insanı qulunc edir

9.   Yeməkdən dərhal sonra su içməyin ki, mədəağrı yaranmasın

10.                Qışda soyuqdəyəmdən uzaq olmaq üçün hər gün üç qaşıq bal yeyin və hər gün nərgiz gülü iyləyin

11.               Yayda soyuqdəymədən uzaq olmaq üçün günəşdən qorunun və hər gün bir ədəd xiyar yeyin.

12.               Səhər duranda şad və təravətli olmaq istəyirsinizsə şam yeməyini çox az yeyin

13.               Dişlərinizi şirin yeməklərin zərərindən qorumaq üçün, əvvəlcə bir az çörək yeyin sonra şirini meyl edin.

14.               Yeməyinizin tez həzm olması və rahat yatmağınız üçün əvvəl sağ və sonra sol böyürünüz üstə uzanın…

Mənbə: Shabistan.ir

1) Risalətuz-zəhəbiyyə.

2) khabaronline.ir

3). Emameraoof.ir

4) Tebyan.net

islammektebi.org


more post like this