Artıq bu günkü günümüzdə televiziya bir informasiya vasitəsi kimi, geniş formada evlərə nüfuz etmiş və ailələrin gündəlik vaxtının böyük bir hissəsini özünə həsr etmişdir. Belə ki, bir çox ailələrdə televizordan istifadə vaxtı altı saatı keçmiş və hətta bəzi ailələrdə bu informasiya vasitəsi ailələrin, xüsusən uşaq və yeniyetmələrin əyləncə vasitəsinə çevrilmişdir.
Televiziyanın bir çox cəhətdən faydaları barədə danışmaq zənnimcə yersizdir və bu bəhsimizdən kənardır. İstəyirik siz əzizlərə televiziyanın gələcəyimiz olan uşaqlarımıza, yeniyetmələrimizə hansı zərərlər vurduğunu imkan həddində açıqlayaq ki, sonradan peşmançılıq çəməyək.
Televizordan düzgün istifadə vaxtlarının müəyyən edilməməsi, bir çox mənfi təsirlərə səbəb ola bilər ki, bu məsələ valideynlərin diqqət mərkəzində durmalıdır. Uşaqların tez bir zamanda təsir altına düşmələri və televiziya vasitəslə yayımlanan proqramları düzgün təhlil edə bilməmələrini nəzərə aldıqda, onların bir çox yaşlarına uyğun olamayan psixoloji gərginliklərini inkar etmək olmaz. Beləliklə biz burada müəyyən qədər də olsa televiziya proqramlarının bəzi mənfi xüsusiyyətlərinə toxunacaq və yeri gəldikcə, bu problemlərdən çıxış yollarına da işarə edəcəyik.

<CENTER><B>Televiziyanın mənfi təsirləri</B></CENTER>

Bəzi mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri daşıyan verilişlər uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt qiymətli saatların bihudə keçməsinə gətirib çıxarır və uşaqların tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.
Los Ancels universitetinin müəllimi, professor Vaksmen deyir:
“Heç bir şübhə yoxdur ki, televizor ekranlarından yayılan elektoromaqnit dalğaları insan orqanizminə ciddi surətdə mənfi təsir göstərir. Bu qısa dalğalar televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəslə yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə, qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır. Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.
Doktor Karl isə yazır: “Radioqəbuledici, televizor və münasib olmayan idman növləri uşaqların ruhiyyəsini sarsıdır”.
Əgər bir şəxs 40 yaşından etibarən gün ərzində bir saat yarım televizior proqramlarına tamaşa edərsə, 60 yaşında kitab oxumaq bacarığını əldən verəcək, oxuduğu mövzular yaxşı yadında qalmayacaq və məlumatları təhlil və tətbiq edə bilməyəcək. Əgər bir uşaq 18 aylığından televizor tamaşaçısı olub 3 yaşınadək adət edərsə, məlumdur ki, bu ona nə kimi təsirlər göstərəcəkdir. 1975-ci ildə Qərbi Almaniyada müəllimlərin 80%-i vaxtından qabaq təqaüdə çıxmağa səy edirmiş. Buna səbəb şagirdlərdə ruhi pozuntuların çoxalması, diqqətsizlik və dərsi tam qavraya bilməməkləri olmuşdur.

<CENTER><B>Mənfi xarakterli filmlər</B></CENTER>

Televiziya vasitəslə yayımlanan namünasib filmlər (qətl, ölüm, oğurluq, başqalarına işgəncə və s.) tez bir zamanda uşaqların əxlaq və davranışlarında özünün mənfi təsirlərini əks etdirir.
İlk olaraq qeyd etmək lazımdır ki, belə filmlər uşaqların həssas, zərif ruhlarını güclü şəkildə təhrik edir və onlarda ruhi və cismi iztirablar yaradır, qəflətən qorxu və həyacan keçirirlər ki, bu kimi hallar bəzən uşaqların başağrı, başgicəllənmə, huşdangetmə kimi xəstəliklərə də tutulmalarına gətirib çıxarır.
Digər tərəfdən belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz. Pak və məsum uşaqlar belə filmlərə tamaşa etdikcə, filmin “qəhrəman”larına təqlid etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş qaldırır.
Neçə il bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmuş 18 yaşlı kollec tələbəsi bir – çox cinayətlərə əl atmasının səbəbinin televiziyada göstərilən mənfi xarakterli filmlər olduğunu söylədi. Bir kino aktyorunun uşağını ölümlə hədələyib 150 min dollar istəyən bu müttəhim məhkəmə qarşısında belə etiraf etdi: “Kimisə ölümə hədələyib pul almağa maraq hissi məndə belə filmlərə tamaşa etməyim nəticəsində yaranmışdı”.
Polis də öz növbəsində cavanlar arasında bu sayaq filmləri seyr edib, müxtəlif cinayətlərə əl atmalarının çoxaldığını vurğuladı.

<CENTER><B>Fəsad və iffətsizliyi təbliğ edən filmlər</B></CENTER>

Artıq son zamanlarda dəb şəkilini almış, hətta bəziləri üçün adiləşmiş iffətə zidd olan film və seriyalar, eləcə də digər proqramlar təəssüf ki, az bir qrupdan savayı heç kəsi narahat etmir.
Çox zaman valideyn ailədə uşaqların yanında danışmaq istədikdə söhbətinə hədd qoyur və sözlərinin uşaqlara mənfi təsir bağışlamasından ehtiyatlanır. Bundan başqa biz gündəlik həyatımızda böyüklə kiçik arasında fərq qoyuruq. Bu səbəbdən “böyüklük çağı” uşaqlar üçün sirli, müəmmalı bir aləmə sayılır. Amma indiki zamanımızda isə bunlara riayət etməməyimiz ucbatından təəssüflər olsun ki, aradan həya pərdələrini götürür, böyüklərin tamaşa etdiyi film və seriyalara uşaqlar da çox asanlıqla tamaşa edirlər. Böyüklərin tamaşa etdiyi filmlər dedikdə məqsədim müsəlman əxlaqına zidd filmlər deyildir. Onların hökmü aydındır. Söhbət körpələrimizin yaş və dərk səviyyəsi ilə münasib olmayan verilişlərdən, filmlərdən gedir.
Telviziyadan efirə verilən əxlaqi normalara sığmayan bəzi filmlər uşaqların əxlaqına kəskin zərbə vurur, onlarda vaxtsız cinsi hisslərin oyanmasına gətirib çıxarır.
Əgər valideynlər övladlarının onlara hörmət etmələrini, tərbiyəli böyümələrini istəyirlərsə, ilk növbədə onları başa düşəcəkləri tərzdə, mehribanlıqla belə proqramlara baxmaqdan çəkindirməlidirlər.

<CENTER><B>Valideynlərə məsləhət</B></CENTER>

Əziz valideynlər, siz aşağıda sadalanan metodlardan istifadə etməklə uşaqlarınızı qeyd etdiyimiz təhlükələrdən amanda saxlaya bilərsiniz:
1. Uşaqlarınızın baxdığı filmlərə nəzarət edin və bu verilişlərin bəzilərinə onlarla birlikdə tamaşa edin. Belə olan halda siz onlarda yaranan suallara cavab verə biləcək və onların göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək etmiş olacaqsınız. Xatırlayın ki, siz özünüz də bir zaman öz valideynlərinizdən bilmədiklərinizi öyrənmisiniz. Daha layiqli deyilmi ki, balalarımız bilmədikləri sualların cavabını özgələrdən deyil, məhz bizim özümüzdən öyrənsinlər?!
2. Televiziya proqramlarının vaxtını məhdudlaşdırın. Televizoru uşaqların yataq otağında yerləşdirməyin.
3. Uşaqlarınıza xatırladın ki, doğrudur ki, filmdə aktyor yaralanmır və ölmür, amma real həyatda belə hallar ağır hadisələr və bəzən ölümlə nəticələ bilər.
4. Televizorda ruhi gərginlik yaradan səhnələr göstərildikdə ya kanalı əvəz edin, ya da televizoru söndürün. Bu növ səhnələrin nə kimin problemlər yaratdığını uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salın.
5. Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən geniş söhbət açmayın və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis vasitə olduğunu vurğulayın.
6. Uşaqlarınızı televiziyanın elmi, dini və idman verilişlərinə baxmağa təşviq edin və bu yolla uşaqlarınıza televiziyadan düzgün şəkildə istifadəni öyrədin.
7. Bir çox proqramların seçimində uşaqlarınıza kömək edin.
8. Birlikdə maraqlı bir filmə baxdıqdan sonra birgə əyləşib onun yaşına uyğun şəkildə həmin filmin zəif və güclü cəhətlərini təhlil edin. Bu onlarin təfəkkür qüvvəsinin güclənməsinə səbəb olacaqdır.
9. Uşaqlar televiziyaya tamaşa etdikləri zaman başqa bir işə məşğul olmamalı, həmçinin, mütaliə üçün də elə yer seçilməlidir ki, bir şey onların diqqətinin yayındırmasın. Yemək zamanı, ailənin bir-birinin kənarında oturduğu saatdır. Belə vaxtlarda televizoru söndürməyiniz gərəkdir.
10. Unutmayın ki, sizin rəftarınız uşaqlarınız üçün ən təsirli məktəbdir.

<B>İstifadə edilmiş mənbələr:</B>

“İslami mənbələrdə psixoloji inkişaf”
Suzan, “Uşaqların həyatında mütaliə və televizor”
“İslam məktəbi” birinci sayı
“İslam məktəbi” üçüncü sayı
“Posteman” jurnalı
“Ailə usulları” İ. Əmini
“familyrun.com” və “tebyan.org”

islammektebi.org


more post like this