Tarixə müraciət etdikdə görürük ki, körpənin rəhbərlik etməsi faktdır. Filosoflar, hikmət sahibləri deyir: “Bir işin mümkün-lüyünün ən güclü dəlili onun baş verməsidir.”

Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ili “və ənzir əşirətəkə…” ayəsi nazil olduqdan sonra azyaşlı Əli ibn Əbu-talibi (ə) canişinliyə təyin etdi və öz qövmünə göstəriş verdi ki, onun əmrlərinə tabe olsunlar.

Şeyx Müfid yazır: “Şiələr və sünni əhli yekdil olaraq bu rəydədir ki, həzrət Peyğəmbər (s) yaşı az olmasına baxmayaraq, Əlini (ə) canişinliyə təyin etdi…” (“Əl-füsulul-muxtarə”, s. 316.)

 

http://sualcavab.ge


more post like this