1-İshaq ibn Əmmardan rəvayət olunub ki, oxumağı tərk etməyin, çünki Allah bir surəni, və onu oxuyanı sevir. Hər kəs bu surəni oxumağı davam etdirsə, Allah Qiyamət günündə onun əməllərini sağ əlinə verər. onun İslam dinindəki buyurulan əməllərindən çətin hesab çəkməz, və ona o qədər savab əta edər ki, axırda sevinər.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s) nəql edib ki, hər kəs bu surəni oxusa, Qiyamət günündə mühacir və Ənsarın savabı ona verilər.
Əbu hurəyrə deyir. Allahın Peyğəmbəri deyir. Allahın Peyğəmbəri buyurdu: Allah-taala Taha və Yasin surəsini Adəmin xilqətindən iki min ilə qabaq oxudu, Mələklər Quranın avazını eşidib dedilər: Quran onlara nazil olan ümmət, Quranı həml edən sinələr, Quranla danışan dillər xoşbəxtdirlər. Həsən deyir: Allahın Peyğəmbəri buyurdu: Beheşt əhli Yasin və Taha surəsindən başqa Quranın surələrini tilavət etməzlər (oxumazlar).
Günəş çıxanda bu surəni oxumaqla ona təzə ruzi kəramət olunar. Bir kəs bu surəni yazıb özündə saxlasa, hər hacəti ardınca getsə, qəbul olunar, və hər kimdən elçilik etsə müsbət cavab verərlər.
Hər kim iki nəfərin arasında sülh etmək istəsə, bu surəni oxusun, sözünü hər iki tərəf qəbul edər.
Ağızda hər cür ağrıya görə bu ayələri yazıb özündə saxlasın.
“Bismillahir-rəhmanir-rəhim Ta-ha ma ənzəlna ələykəl Quranə litəşqa. illa təzkirətən limən yəxşa. Tənzilən mimmən xələqəl ərzə vəssəmavatil ula. Ərrəhmanu ələl ərşistəva” (Taha-1-5)
Sinə ağrısı üçün ayəni üç dəfə qabdakı suya oxuyub içsin və bir qədər də sinəsinə sürtsün.
“Rəbbişrəhli sədri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli.” (Taha-25-28)
Bu ayəni torpağa oxusun, yaranın üzərinə töksün, və sonra yaraya oxuyub piləsin, inşaallah sağalar.
“Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra” (Taha-55)
Zigili və keçəlliyi dəf edib onu müalicə etmək barəsində Əli ibn Nomandan belə nəql olunub. Bir gün imam Rzanın (ə) xidmətinə gedib dedim ki, bədənimdə çoxlu zigil var və elə buna gör qəmginəm.
Həzrət buyurdu: Hər bir zigil üçün yeddi buğda götür və buğdanın hər birinə Vaqiə surəsinin başlanğından yeddi dəfə oxu “İza vəqəətil vaqiəti. Ləysə livəətiha Kazibətun Xafizətun rafiətun. İza ruccətil ərzu rəccən. Və bussətil cibalu bəssən. Fəkanət həbəən munbəsən (Vaqiə-1-6) Sonra onun ardınca aşağıdakı ayəni yeddi dəfə “Və yəsəlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəfsən fəyəzəruha qaən səfsəfən latəra fiha ivəcən vəla əmtən.” (Taha 105-107)
İflicin müalicəsi üçün aşağıdakı ayəni yazıb özünüzdə saxlayın və ayəni bir dəfə iflic olan üzvə oxuyun.
“Bismillahir-rəhmanir-rəhim. Yəmhullahə ma yəşau və yubitu və indəhu ummul kitab (Rəd-39)
“Əlhəmdu lillahi fatiri s-səmavati vələrzi cailil məlaikəti rusulən ulii əcnihətən məsna və sulasə, və rubaə.” (Fatir-1) bağladım (filan ibn filan) xəstənin adı və anasının adı.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this