Teyyul- ərz mövzusunu və hətta onun anlamını bu bir neçə vərəqdə olduğu kimi tanıtdırmaq mümkün deyil. Amma bir neçə mətləbi bu barədə aşağıda qeyd etməyi lazım bilirik:
1). “Teyyul- ərz” anlamı adi insanın qüvvəsindən xaricdən bir xariqül- adə bir əməldir. Bu anlam irfan terminində “bir anda hər yerdə olmaq” mənasını verir. Bu əməlin sahibi təbii qüdrətlər silsiləsini keçməli və təbii qüdrətləri öz müstəmləkəsi etməlidir.
2). Təbii qüdrətlərin hasilindən əsas məqsəd bütün kainatın maddi qüvvələrini ələ gətirmək deməkdir. Bu anlamı ələ gətirmək üçün ilkin surətdə nəfsi tanımaq və onu bütün çirkinlikdən saflaşdırmaq lazımdır. Yəni elə bir elmi dərkə yiyələnə ki, bunları bilə bilsin: Onun nəfsi Allahdan savayı heç bir şeyə diqqət yetirmir və maddiyyatın onun üçün heç bir əhəmiyyəti yoxdur. O tamam vücudu ilə yalnız və yalnız Allahı düşünür. Əgər belə bir şeyi düşünürsə o düşüncə Allahın razılığı və ya onun iznilə olmalıdır. Belə ki, onun batini və zahiri Allah üçün yaşamalı və dərk etməlidir.
İkincisi: İnsanın nəfsinin özü- özlüyündə dəyərsiz olmasına baxmayaraq, İlahi sifətlərin onda təcəlla etmə istedadına malikdir. Amma Allahın iradəsi və izni bu anlamda əsas şərtlərin biridir. Əgər belə izn və iradə baş verərsə insan İlahi şifətlərin təcəllasını özündə əks etdirə bilər.
3). İnsanda olan “İlahi sifətlərin təcəlla məqamının istedadının fəaliyyətə düşməsi üçün ümdə şərt nəfsin saflaşdırılması və onu hər bir daxili və zahiri çirkinlikdən qorumaqdır. Yəni batil xəyallar, düşüncələr və pis əməllər buna maneədir. Amma əksinə nəfsin saflaşdırılması, gözəl xəyal və düşüncələr bu məsələnin ilkin qədəmləridir. Belə ki, insan gərək öz qəlbini və ruhunu İlahi sifətlərlə gözəlləşdirməli, həmçinin bütün daxili və zahiri vücudunu onun üçün hazırlamalıdır. Əgər insan bütün əməllərini İlahi gözəlliklərə uyğun yerinə yetirsə müqəddəs ruha yetişəcəkdir. Yəni Allaha yaxınlaşacaqdır. Bu yaxınlıqla Allahın “İsmi əzəmi” əldə edəcəkdir və təkvini vilayətə əl qoyacaqdır. Əgər bu mərhələlər qeyd etdiyimiz kimi həqiqətə çevrilərsə insan bütün maddi kainatın qüvvəsini öz müstəmləkəsi edəcək və bütün təbii ünsürlərdən üstün olacaqdır. Belə ki, təbiət aləmi onun qarşısında təslim olacaqdır. Teyyul- ərz anlamı onun müqəddəs ruhunu və nəfsini qüdrətindən doğan amillərdən birinə çevriləcəkdir.
4). İnsanın çirkin əməllərdən nəfsini saflaşdırması və gözəl əməllərə qədəm qoyması İlahinin insanlar üçün vacib etdiyi şərii əhkamdan başlayır. Belə ki, Peyğəmbərin və İmamların bizə əmr etdiyi əməlləri tərk etməmək şərti ilə biz bu nailiyyəti qazana bilərik. Bu da müqəddəs İslam dininin göstərişlərindən savayı bir şey deyildir. İslam dini Allah tərəfindən və Peyğəmbərin (s) vasitəsi ilə insanların səadəti üçün bəşəriyyətə hədiyyə olunmuşdur.
5). İlahi şəriət qanunları ümimi insanlar üçün olmasına baxmayaraq əsas yol ondan başlayır. Çünki onun zahiri təsirindən savayı batini təsirləri də vardır. Belə ki, öncüllərin hamısı bu yolu dəf edərək müəyyən məqam əldə etmişlər. həmçinin İlahi şəriət qanunlarının bu yolda təsirli olmasını Peyğəmbərimiz dəfələrlə
Təkid etmişdir. Bu barədə Peyğəmbərlərimizin buyurduqlarından aşağıda qısa olaraq qeyd edib mövzunu tamamlayırıq.
Peyğəmbər (s) buyurmuşdur: “Allah- Taala buyurdu: Bəndə həm ona vacib etdiklərimi əməl etməklə mənə öz dostluğunu izhar edir. O, (insan) ona vacib buyurduqlarımı yerinə yetirməklə mənim məhəbbətimi qazanır. Mən belə olan halda onu çox istəyirəm. Elə ki, onu sevdim, onun eşidən qulağı oluram, o mənimlə eşitdikdə onun görən gözü oluram, o mənimlə gördükdə onun danışan dili oluram, o mənimlə danışdıqda onun mən onun əli oluram. Onunla vurduqda onun gəzən ayağı oluram. Elə ki, yol gedir mənim dərgahıma dua edir və mən də onu qəbul edirəm. Məsələn hər nə istəsə ona verirəm.”
6). Teyyul- ərz etmək və bu yolda müvəffəq olmaq Əhli- beytsiz (ə) mümkün deyil. Çünki onlar (ə) İlahi feyzin insana yetişməsində vasitədirlər. Onlar əsil ariflər silsiləsidirlər.
Necə ki, Came kəbirə duasında oxuyuruq: Allah Taala sizə aləmlərin qapısını açdı və sizdə sonuncu kitabı, (Quranı) bağladı.
7). Bu yolun xətəri və çətinliyi çox olduğundan bu yolun yolçusu gərək hər hansı bir təcrübəli arifin nəzarətində olmalıdır. Arif ona Peyğəmbərin (s) və İmamların (ə) göstərişi ilə bu yolda köməkçi olmalıdır. Şair deyir: (Məzmun).
Bu yolu tək getməkdən çəkin.
Bu yolda zülmətlər və xətərlər vardır.
Qocasız getmə (arifsiz) bu yolu.
Sanma ki, zəmanənin isgəndərisən.NUR-AZ.COM


more post like this