Təkəbbür bəyənilməyən sifətlərdən olduğu kimi, insanın özünü zəlil və xar etməsi də bəyənilməyən əməllərdəndir.
İmam Əli (ə) öz qoşunu ilə Şama gedirdi və Ənbar şəhərinə çatırlar. Şəhərin xaricində insanlar toplaşıb günəşin altında gözləyirdilər. İmam (ə) onlara çatan kimi yalın ayaqla ona hücum etdilər və onun atının yanında qaçmağa başladılar. İmam Əli (ə) bu zəlil mənzərini müşahidə edən zaman çox narahat olur və soruşur: “Bu nə işdir edirlər?” Deyirlər: “Bu, bizim adətimizdir ki, əmir və rəhbərimizə hörmət əlaməti olaraq yerinə yetirərik”. İmam (ə) bu hərəkəti şiddətli şəkildə tənqid etdi və buyurdu: “Əmirlər və rəhbərlər bu işdən bəhrə aparmazlar, ancaq siz bu təhqiramiz əməllə özünüzü dünyada əziyyətə və zəhmətə salarsınız. Özünüzü həqir və xar edirsiniz. Bundan başqa, axirətdə də əzaba və əziyyətə düçar olarsınız. Zillət və xarlığa görə cəza olacaqdır. Nə qədər ziyanlıdır ki, bir məşəqqətin ardınca əzab və cəza gəlsin. Nə qədər mənfəətlidir rahatlıq və asudəlik ki, onunla İlahi əzabdan amanda olunar”.
İmamı (ə) bu hadisədə ən çox narahat edən – insanların özlərini xar və zəlil hala salması idi. Halbuki, mömin Allah Təalanın yanında ən uca məqamlara sahib bir varlıqdır. Ona Allahdan savayı heç kəsin qarşısında zəlil olmağa icazə verilməz.
İmam Əli (ə) buyurur: “Elə bir Adəm övladı yoxdur ki, alnı mələyin altında olmamış olsun. Nə zaman təkəbbür edər, həmin mələk alnını götürüb torpağa tərəf çəkər. Ona deyər: “Təvazökar ol, Allah səni xar edər”. Əgər (başqalarına qarşı) təvazökarlıq edər, onu yuxarı qaldırıb deyər: “Başını yuxarı qaldır, səni Allahı başıuca etdin və səni Allaha xatir təvazökarlığına görə alçaq və xar etməz””.
Bəzən insanlar təvazökarlıq ilə zilləti səhv salırlar. Həmçinin Quran ayəsi bizə söyləyir ki, o kəsə qarşı təvazökar ol ki, təkəbbürlü olmasın. Ancaq əgər təkəbbür əhlidirsə, yaxşı olar ki, təvazökarlıq etməyəsən. Çünki təkəbbür əhli üçün təvazökarlıq etmək – zillətə, xarlığa səbəb olar. Həmin insanın təkəbbürünün artmasına səbəb olar. Ancaq əgər insanlar onunla təkəbbürlə rəftar etsələr o, dərsini alar və təkəbbürdən əl çəkər. Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman ümmətimin təvazökarını görsəniz, ona təvazökarlıq edin. Nə zaman təkəbbürlüsünü görsəniz, ona təkəbbürlük edin. Həqiqətən, bu, onun həqir olmasına səbəb olar”.
İmam Sadiq (ə) buyurur: “Dininizi təvqa, Allah qorxusu, Allahdan başqa hər şeydən ehtiyacsız olmaq, zəmanə padşahına ehtiyacını bildirmədən hifz edin. Bilin ki, hər mömin ki, onun dininə müxalif olan qüdrətli və hegemon qarşısında acgözlük üzündən təvazökarlıq edərsə, Allah onu özbaşına buraxar və ona qəzəblənər. Əgər bu yolda ona mal nəsib olarsa, Allah bərəkətini həmin maldan götürər. Əgər o maldan həcc, ümrə və ya qul azad etmək üçün nəyisə xərcləyərsə, Allah ona heç bir mükafat qərar verməz”.
Əshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum ki: “O kəs ki, başqasına təzim emtək üçün yerindən qalxarsa, hökmü nədir?”. İmam (ə) buyurdu: “Məkruhdur, məgər o kəs üçün ki, dininə görə ayağa qalxar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim istəsə ki, insanlar ona ehtiram göstərmək üçün ayağa qalxsınlar, yeri atəşlə dolu olar”.
Allah Təala bizləri ifrat və təfritdən uzaq olanlardan qərar versin.

Muselman.ws


more post like this