Sual :Təqvanın cəmiyyətdəki rifahla nə əlaqəsi var?
Cavab:
Bu mövzudan bəhs edən Quran ayələrindən belə anlamaq olar ki, iman və ədalət cəmiyyətin həyat və abadlığının əsas amilidir. Küfr, zülm və günah isə onun məhv olmasına gətirib çıxarır.
“Əraf” surəsinin 96-cı ayəsində deyilir:
وَ لَوْ أَنَّ أَهْلَ الْقُرى آمَنُوا وَ اتَّقَوْا لَفَتَحْنا عَلَیْهِمْ بَرَکات مِنَ السَّماءِ وَ الأَرْضِ
«Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz bərəkət qapılarını göydən və yerdən onların üzünə açardıq.»

“Rum” surəsinin 41-ci ayəsində oxuyuruq:
ظَهَرَ الْفَسادُ فِی الْبَرِّ وَ الْبَحْرِ بِما کَسَبَتْ أَیْدِی النّاسِ
« İnsanların öz əməlləri üzündən suda və quruda fəsad aşkar oldu.»
“Şura” surəsinin 30-cu ayəsində deyilir:
وَ ما أَصابَکُمْ مِنْ مُصِیبَة فَبِما کَسَبَتْ أَیْدِیکُمْ
«Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir.»
“Maidə” surəsinin 66-cı ayəsində deyilir:
وَ لَوْ أَنَّهُمْ أَقامُوا التَّوْراةَ وَ الإِنْجِیلَ وَ ما أُنْزِلَ إِلَیْهِمْ مِنْ رَبِّهِمْ لاَ َکَلُوا مِنْ فَوْقِهِمْ وَ مِنْ تَحْتِ أَرْجُلِهِمْ
«Əgər onlar Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından onlara ruzi çatardı, (göyün və yerin bərəkətlərindən faydalanardılar).»
Həmçinin bu mövzuda digər ayələri də qeyd etmək olar. Bu bağlılıq və əlaqə təkcə mənəvi bir əlaqə deyil. Nəticələrini aydın şəkildə müşahidə etdiyimiz ənənəvi bağlılıqdan başqa, bu zəmində aydın maddi məqam da mövcuddur.
Küfr və imansızlıq məsuliyyət hiss etməmək, qanunu pozmaq, əxlaqi dəyərləri unutmağa gətirib çıxarır. Bütün bunlar cəmiyyətdə birliyin aradan getməsinə, etimad və etibar sütunlarının titrəməsinə, canlı və iqtisadi gücün hədər getməsinə, ictimai sabitliyin pozulmasına səbəb olur.
Aydındır ki, bu vəziyyətin hakim olduğu cəmiyyət sürətlə geriyə doğru addımlayar, süqut və məhvə doğru hərəkət edər.
Bəzən bir çox cəmiyyətlərin iman və təqvaları olmadığı halda maddi cəhətdən onların qismən inkişaf etdiyinin şahidi oluruq. Bu inkişafın səbəbini onların bəzi əxlaq normalarına müəyyən qədər riayət etdiklərində axtarmaq olar. O da keçmiş peyğəmbərləri irsi, İlahi rəhbərlərin və alimlərin zəhmətlərinin nəticəsidir.
Yuxarıdakı ayələrdən əlavə İslam ədəbiyyatında olan hədislərdə də bu məsələ gehiş yer verilib. Hədislərin məzmununa görə istiğfar etmək, günahı tərk etmək ruzinin çoxalmasına və həyatın yaxşılaşmasına səbəb olur. Məsələn:
أَکْثِرِ الاِسْتِغْفارَ تَجْلِبْ الرِّزْقَ
“Çox istiğfar et ki, ruzini özünə tərəf cəlb edəsən.”
Digər bir hədisdə peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql olunur:
مَنْ أَنْعَمَ اللّهُ عَلَیْهِ نِعْمَةً فَلْیَحْمِدِ اللّهَ تَعالى، وَ مَنْ اِسْتَبْطَأَ الرِّزْقَ فَلْیَسْتَغْفِرِ اللّهَ، وَ مَنْ حَزَنَهُ أَمْرٌ فَلْیَقُلْ: لا حَوْلَ وَ لا قُوَّةَ اِلاّ بِاللّهِ
“Allah kimə bir nemət versə və şükürünü yerinə yetirsin. Kimin ruzisini təxirə salsa Allahdan onu bağışlamasını istəsin. Hər kim bir hadisə üzündən kədərlənsə, “La hövlə və la qüvvətə illa billah” desin.”
“Nəhcul-bəlağə”də deyilmişdir:
وَ قَدْ جَعَلَ اللَّهُ سُبْحَانَهُ الاِسْتِغْفَارَ سَبَباً لِدُرُورِ الرِّزْقِ وَ رَحْمَةِ الْخَلْقِ، فَقَالَ سُبْحَانَهُ اسْتَغْفِرُوا رَبَّکُمْ إِنَّهُ کانَ غَفّاراً یُرْسِلِ السَّماءَ عَلَیْکُمْ مِدْراراً
Allah-taala istiğfarı məxluqatın ruzi və rəhmətin artımı üçün qərar verib və buyurub: “Rəbbinizdən sizi bağışlamasını istəyin ki, O, çox bağışlayandır. Səmanın bərəkətli yağışını sizin üçün göndərər.”
Həqiqət budur ki, bir çox günahların cəzası bu dünyada nələrdənsə məhrum olmaqdır. İnsan, tövbə edib, paklıq və təqva yolunda hərəkət etsə Allah bu cəzanı ondan götürər. (1)

1. “Təfsiri nümunə”, cild 25, səh. 79.

 

makarem.ir


more post like this