Sual :”Maidə” surəsinin 93-cü ayəsində təqva sözü nə üçün təkrar olunur?
Cavab:
Şərabın və qumarın haram olması ilə bağlı ayə nazil olmazdan öncə yaşayan şəxslər və yaxud bu hökmdən xəbərsiz qalanlar, nigaran idilər. Bu ayə məhz onlar aiddir.Ayədə deyilir:
لَیْسَ عَلَى الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ جُناحٌ فیما طَعِمُوا
«İmanı və saleh əməlləri olan və bu hökm qulaqlarına yetişməyən insanlar şərab içsələr və ya qumardan gələn gəliri yesələr, onlara günah yazılmır.»
Sonra əlavə edir:
إِذا مَا اتَّقَوْا وَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ
«Bu hökmün şərti budur ki, onlar təqvalı olub iman gətirmiş və saleh əməllər etmiş olsunlar.»
Yenə də həmin mövzunu təkrar edərək buyurur:
ثُمَّ اتَّقَوْا وَ آمَنُوا
«Sonra təqvalı olsalar və iman gətirsələr.»
Daha sonra üçüncü dəfə azacıq fərqlə həmin məsələni təkrar edərək buyurur:
ثُمَّ اتَّقَوْا وَ أَحْسَنُوا
«Sonra təqvalı olub yaxşı işlər görsələr.»
Ayənin sonunda buyurur:
وَ اللّهُ یُحِبُّ الْمُحْسِنینَ
«Allah yaxşı işlər görənləri sevir.»

 

makarem.ir


more post like this