Sualda İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunmuş rəvayət heç bir hədis kitabında gəlməmişdir. Hansı rəvayətdə gəlib ki, təmizik imanın yarısıdır?! İslam Peyğəmbərindən hədis mənabelərində bu mövzuda nəql olunan hədis belədir: “ Təmizlik imandandır!” Bu da o mənadadır ki, imanlı 96şəxs mömin olduğuna görə pak və təmizliyə də əməl edir və paklığın və təmizliyin kökü imana qayıdır, yaxud, imanın bir hissəsini paklıq təşkil edir və iman iddiasında olan bir şəxsin paklığa və təmizliyə diqqətsizliyi qəbul olunan məsələ deyildir. Hər halda “yarısı” sözü hədisdə qeyd olunmamışdır ki, nəsə anlaşılmazlığı icad etmiş olsun və beləliklə, bu sual da öz mənasını əldən verir.
Xüsusilə, paklığı heç də həmişə yalnız, əl-üzü, paltarı və ev əşyalarını yumaq kimi başa düşmək olmaz; bəlkə də belə mövzularda bu sözə daha geniş məna vermək olar və araşdırmalar göstərir ki, bu söz hətta, namaz və oruca da aid olur. Başqa sözlə desək, əgər təmizliyi təharət və paklıq mənasında nəzərə alsaq, fikri və əməli paklıq və təharət olmadan insanın nəticə almayacağını ələ gətiririk. Ona görə də nəinki, “təharətsiz namaz olmaz!” – ifadəsi, bəlkə də ümumiyyətlə, qəti şəkildə demək olar ki, heç bir əməl təharətsiz və təmizlik olmadan səhih deyil və insandan qəbul olmaz. Bu mənada təmizliksiz iman da ələ gəlməz.
Bütün bunlardan əlavə, əgər rəvayətlərdə hansısa miqdar və kəmiyyətdən söz açılırsa belə kəmiyyət və miqdar adətən nisbidir. Məsələn, əgər rəvayətlərdə deyilirsə ki, evlənməklə dinin yarsı təkmil olur, bu o mənadadır ki, evli şəxsin öz imanını qoruması subay şəxsə nisbət daha rahatdır. Evli insan, Allaha bəndəçilik vəzifəsini daha yaxşı icra edir və öz vəzifəsini yerinə yetirməkdə yolun yarısını getmiş kimi görünür. Amma evli olmayan insan imanının qoruması yolunda çoxlu maneələrlə rastlaşır. Deməli, evlənmək bu mövzuda çox mühüm amillərdən biridir.
İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) hədis nəql olunur ki, buyurur: “Cavanlar! Hansınızın imkanı varsa evlənin; çünki, evlənmək insanı naməhrəmə baxmaqdan daha yaxşı saxlayır və insana paklıq bəxş edir….”
İslamda bir tərəfdən evlənməyin yaxşı və müsbət cəhətlərinə işarələr olunur. O cümlədən, insanda sakitlik, aramlıq,mehr və məhəbbəti çoxalır, həmçinin, evlənməklə insanın cinsi meylləri ram olur və sair….cavanın həyacanlı ruhu sakitləşir və normal hala düşür, həyat və yaşayışın həqiqətlərini daha yaxşı dərk edir, öz xoşbəxtliyi və səadətinə tərəf daha yaxşı və tez hərəkət edir. Doğrudan da, evlənməyin aramlığını və sakitliyini o şəxs dərk edə bilər ki, subaylığın həyacanından, iztirablarından və aramsızlıqlarından agahlığı olsun.
Amma başqa tərəfdən, İslamda rahiblik (dünya və onun ləzətlərini tərk etmək) məzəmmət və qadağan olunmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi va səlləm) buyurur: “Mənim ümmətimdə rahiblik yoxdur!” Yəni, evlənməyi tərk etmək, qadın və övladlardan uzaqlaşmaq və sair… Nəql olunur ki, bəziləri (səhabələrdən Osman ibn Məzun) belə bir yolu tutmuş və öz ailə uşaqlarından kənara çəkilmişdir. Həzrət bu əməldən narahatçılığını bildirmiş və buyurmuşdur: “Allah-taala məni rahiblikdən ötrü yollamamışdır. Əksinə, məni orta səviyyəli din, çətinlikdən uzaq olan asan bir həyata dəvətlə seçmişdir. Mən oruc tuturam, namaz qılıram, evlənmişəm …… Hər kəs mənim gətirdiyim fitri İslam dinini qəbul edirsə, gərək mənim gətirdiyimi və əməl etdiyim qanunlara da əməl etsin. Evlənmək mənim qanunlarımdan və adətlərimdəndir.” Bunları nəzərə alaraq rəvayətlərdə qeyd olunur ki, evlənmək insanın imanını dininin yarısını kamilləşdirir və məsum İmamlardan (əleyhimussalam) bizlərə bu mövzuda hədsilər gəlib çatıb.
Həmçinin, bu söz ürfdə (el arasında) işlənmiş bir ifadədir ki, əgər hər hansı bir əməlin kiməsə çox əhəmiyyətli olduğunu anlatmaq istəsək, ona “bu əməli yerinə yetirməklə yolun yarısını getmiş olarsan” – deyə başa salarıq. Sənin işlərinin yarısında hər hansı əmələ mürtəkib olduğuna görə çətinliklə qarşılaşırsan. Əslində, sənin bu işi görməyinlə (məsələn, evlənməklə) çətinliklərinin yarısı artıq öz həllini tapmış olacaqdır.
Əlbəttə, heç də unutmaq lazım deyildir ki, əgər bəzən bir şeyin həqiqəti iki şeyə bağlıdırsa, başqa məsələlərin də o işin kamilləşməsində aidiyyatı var. Misal üçün əgər rəvayətlərdə var ki, təmizlik dinin yarısıdır və evlənmək də həmçinin, dinin yarısıdır, izahında deyə bilərik ki, iman iki kök üstündə qərar tutmuşdur və bu iki şey olmadan iman kamil olmaz. Amma, namazın, orucun və s. də imanın kamilləşməsində rolu var. Çünki, iman elə bir qəlbi halətdir ki, onun möhkəmlənməsində çoxlu və müxtəlif amillərin rolu ola bilər.
Halbuki, belə bir ifadə heç rəvayətlərdə də gəlməmişdir. Bundan əlavə, namaz, oruc və sair əməllərin İslamda insanın həyatında və ictimai həyatda təsiri, əhəmiyyəti və rolu…heç kimə gizlin deyil. Məsələn, namaz dinin sutunudur, Allah-taalanın zikri İslamda təqvalı insanın Allaha yaxınlaşmağının ən yaxşı yoludur; İslamın köklərindən biri əməllərin mötədil…… olmasıdır. Namazı qəsdən tərk etmək küfrdür. (yəni, ən böyük günahlardandır) Başqa əməllərdən isə oruc, cihad və vilayət və sair… haqqında İslamda daha çox təkid olunmuşdur. Bütün bu əməllər haqqında elə ifadələr nəql olunmuşdur ki, paklıq və təmizlik haqqında olan ifadələrdən heç də az deyildir.
Əlbəttə, bir şeyi də qeyd etmək lazımdır ki, təmizlik və paklıq təkcə el arasında nəzərdə tutulmuş təmizliyə aid olmur və daha geniş mənalarda işlənir. O cümlədən, bədənin dəstəmazlı olması, qüsulla paklanması, nəcis şeylərdən təmizlənməsi, əxlaqın düzəlməsi, qəlbin paklığı və Allahdan qeyrisindən qəlbi təmizlənmə də aid olur. Buna görə də bəzi mənabelərdə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunur ki, Həzrət buyurur: “Din 97paklıq üzərində qurulmuşdur.” Yaxud, məsum İmamlardan (əleyhimussalam) dəstəmaz, qüsul və sair .. haqqında paklıq və təharət haqqında çoxlu hədislər nəql olunmuşdur.
Nəhayət, sonda bir mövzunu da qeyd etmək lazımdır ki, əgər mənabelərdə iman və imanın rüknları, İslam və İslamın rüknları və s. haqqındakı rəvayətlərə diqqət yetirsək, tamamilə aydın olur ki, imanın, İslamın rüknları təkcə təmizlik və paklıqda məhdudlaşmır və digər rüknları da vardır.
1. Əbu Həmzə İmam Baqirdən (ələyhis-salam) nəql edir ki, Həzrət buyurur: “İslam beş əsas üsiündə qərar tutub; namaz, zəkat, oruc, həcc və vilayət…”
2. İmam Sadiq (ələyhis-salam) imanın hüdudu haqqnıda sual edənin cavabında buyurur: “Allah-taalanın təkliyinə şəhadət vermək, Peyğəmbərin (səlləllahu ələyhi və alihi va səlləm) Onun tərəfindən haqq olaraq yollanmasını iqrar etmək, Allah-taala tərəfindən hər nə gəlibsə onu təsdiqləmək, beş vaxt namazı qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Allahın evinin ziyarətinə getmək, bizim dostluğumaz və vilayətimizi qəbul etmək və düşmənlərimizlə düşmənçilik etmək ….”
3. İmam Sadiq (ələyhis-salam) İmam Baqirdən (ələyhis-salam) və O da İmam Əlidən (ələyhis-salam) nəql edir ki, Həzrət buyurur: “İmanın dörd rüknü var; Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allahın qəza-qədərinə razı olmaq və Allahın əmrinin müqabilində tam təslim olmaq.”
4. İmam Sadiq (ələyhis-salam) buyrur: “Allah-taala imanı yeddi qismdə qərar vermişdir: “yaxşılıq, doğruluq, yəqin, Allahdan razılıq, əhdə vəfa, elm və helm…”
NUR-AZ.COM


more post like this