Sual: 39. Valideynin övlada verdiyi təhsil xərcinə xüms düşürmü?

Cavab: İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği bağışlasalar xüms düşmür.

Təbrizi və Vəhid: Əgər həmin məbləği bağışlasalar, mal çox olarsa və ildən artıq qalarsa xüms düşür.

Sistani və Safi: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.

Fazil, Məkarim və Behcət: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.

Qeyd: Valideynin övlada verdiyi pul bir növ hədiyyədir. Beləliklə, hədiyyə hökmündədir. Əgər bu məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın xümsünü valideyin verməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this