Sual: 87. Təhsil vasitələrinə (məsələn, dəftər və qələm) xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər qələm və dəftər istifadə olunmadan xüms ilindən artıq qalarsa ona xüms düşür.

Sual: 88. Kompüter və ona aid avadanlığa xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər kompüter və ona aid avadanlığa ehtiyac duyularsa və eyni zamanda şəxsin şəninə uyğun olarsa xümsü yoxdur.

Qeyd: Risalələrdə kompüter barəsində söhbət olunmasa da, qeyd olunmuş qayda hazırkı Suala da tətbiq olunur.

Sual: 89. Ehtiyacım olduğu üçün kompüter almışam. Lakin təsadüf nəticəsində bir il ondan istifadə etməmişəm. Ona xüms düşürmü?

Cavab: (Vəhid və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şəninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmayıb.

Vəhid və Sistani: Xümsü verilməlidir.

Qeyd: Mərcelərin risalə və istiftaatlarında qeyd olunmuş cavab kitab barəsindədir. Lakin bu cəhətdən kompüterlə kitab arasında heç bir fərq yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this