543. Xalqı xar hesab etməyin qadağan olunması

1645. Loğman (ə) övladına xitabən: «Oğlum! Heç kəsi köhnə libas geydiyinə görə xar hesab etmə, çünki, sənin və onun da Rəbbi birdir.»[1]

1646. Allahın Peyğəmbəri (s) : Sizlərdən heç kim Allahın bəndələrindən kimsəni xar və dəyərsiz saymamalıdır. Çünki onlardan hansı birinin Allahın dostu və vəlisi olduğunu bilmirsiniz.»[2]

1647. İmam Sadiq (ə) : «Hər kəs yoxsul mömini təhqir etsə, bu təhqirdən əl çəkənədək Allah-taala həmin şəxsi daim xar edər və onu özünə düşmən bilər.»[3]

 

544. Möminə qarşı təhqirdən çəkindirmək

1648. Allahın Peyğəmbəri (s) : «Hər kəs mömin qadın və kişini yoxsulluğa yaxud da malının azlığına görə xar və təhqir edərsə, Allah-taala Qiyamət günü onu camaat arasında nümayiş və sonra da rüsvay edər.»[4]

1649. Allahın Peyğəmbəri (s) :«Heç bir müsəlmanı alçaldıb təhqir etmə. Çünki onların ən kiçiyi də Allah yanında böyükdür.»[5]

1650. Allahın Peyğəmbəri (s):«Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.»[6]

1651. İmam Sadiq (ə) :«Allah-taala buyurur:«Hər kəs Mənim dostlarımdan birini xar hesab edərsə, mənimlə müharibəyə hazırlaşmışdır və Mən öz dostlarımın köməyinə ən tez çatanam.»[7]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Biharul-Ənvar, c.72, səh.47, hədis 57

[2] Biharul-Ənvar, c.75, səh.147, hədis 21

[3] ət-Təmhis, səh.50, hədis 89

[4] Biharul-Ənvar, c.72, səh.44, hədis 52

[5] Tənbihul-Xəvatir, c.1, səh.31

[6] Tənbihul-Xəvatir, c.2, səh.122

[7] əl-Kafi, c.2, səh.351, hədis 5


more post like this