Təfviz” insanın həyatda etdiyi bütün işlərdə sözün əsl mənasında tamamilə azad və müstəqil olması deməkdir. Belə əqidə sahibi düşünür ki, onun qarşısını alan, bu və ya digər işi ona zorla gördürən və çətin anlarda onun dadına çatan heç kəs yoxdur. Belə insan həqiqətdə Allahı tanımamış olur. “Mən bu işi mütləq görəcəyəm” – deyən insan sanki tam azadlıq sahibidir və sanki sabah nə baş verəcəyini dəqiq bilir. İnsan başa düşüb bilməlidir ki, dəqiqəbədəqiqə, saniyəbəsaniyə bu dünyanın sahibinə tabedir. Əgər ölüm hökmü bizim üçün imzalansa, bir dəqiqə belə yer üzündə diri qala bilmərik. “Mənim işimin, Mənim qüdrətimin qarşısını heç kəs ala bilməz” kimi sözlər əslində əbəs və mənasız sözdən başqa bir şey deyildir.


more post like this