Bir çox insanlar ailə həyatında problemlərlə qarşılaşırlar və onların həll yolunu tapa bilmirlər. Siz də bu dəstədənsinizmi?Yəqinki, hər dəfə problemlərlə üzləşdikdə dərdinizi dostlarınıza danışırsınız. Səmimi və yaxın dostlarınızdan biriylə söhbət edib, ona giley-güzar vəşikayət etmək əvəzinə çıxış yolu axtarsaydınız, daha yaxşı olardı.
Siz həyat yoldaşınızın rəftarından çaş-baş qaldığınız, işindən baş açmadığınız hallarda nə edirsiniz?Yəqin ki, adi həll yollarından istifadə edirsiz: əsəbləşirsiz, deyinirsiz, fəryad çəkirsiz və s. Lakin bilin ki, bütün bu addımlarla siz öz həyat yoldaşınızdan zəhərli bir ilan düzəldəcəksiz. Mümkündür məsələ hər dəfə müvəqqəti olaraq çözülsün, amma problem həll olunmasa, o, yenidən (bu dəfə başqa şəkildə) üzə çıxacaq.
Mümkündür ki, siz bu məsələdə başqalarını günahlandırasız. Mümkündür ki, qaynananızı “düzgün tərbiyə etməyib” deyə, qınayasınız. Həqiqət budur ki, günah başqasında deyil. Problemi yaradan sizlərsiz:siz və həyat yoldaşınız. Yaranmış problemi də yalnız siz ikiniz həll edə bilərsiz.
Bəlkə, sizin həyat yoldaşınız əsəbləşib? Bəlkə,stresə düşüb və yaxud da təzyiq altındadır?
Əgər belədirsə,tədbirsiz qadın olmayın, bir iş görün, təslim olmayın. Belə olduğu təqdirdə günahın 100-də 60%-i sizdədir. Çünki bəzi ərlər belə hesab edirlər ki, həyat onlara haqsızlıq edib. Onlar nigarandırlar, özlərini təzyiq altında hiss edirlər. Hirsli və əsəbi olurlar. Xəstələnməkdən, ayrı-seçkiliyə məruz qalmaqdan qorxurlar.Elə bilirlər ki, hamı onların əleyhinə iş görür. Hər kəsdən (əsasən də sizdən), hər şeydən şübhələnirlər.
Düşünürsünüz ki, bütün bunlara rəğmən siz nə edə bilərsiz? Siz bir çox işlər görə bilərsiz!İlk öncə belə işlərin mütəxəssisinə kömək üçün müraciət edin.
Unutmayın ki, yoldaşınızın bu halətində hər kəsdən çox siz onunla yaxın olub, söhbət edə bilərsiz. Həyat yoldaşınız çətinliklərlə üzləşdikdə, onun düşdüyü vəziyyəti anlamağa çalışın. Ona qayğınızı, diqqətinizi artırın. Əgər bu sahədə bilginiz azdırsa, kitab, jurnal oxumaqla bilginizi artırın.
Ruhdan düşməyin.Əmin olun ki, zəfər sonda sizin olacaq. Bunu da bilin ki, yüz zərbəyə yıxılan möhkəm gövdəli ağacı yüzüncü zərbə yıxıbsa, bu o demək deyil ki, öncəki doxsan doqquz zərbəəbəs idi. Unutmayın ki, bir gecədə reallaşan hər uğurun, qələbənin əvvəlində iyirmi illik zəhmət durur. Deməli, müvəffəqiyyətə çatmaq üçün saatlar, günlər, həftələr və yaxud aylar lazım olacaq.
Əziz xanımlar, sizlər təmkinli, səbirli və tədbirli olsanız, mütləq ailə səadətinə nail olacaqsınız.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this