islamic mənbələri

    1. home

    2. article

    3. Təcrübə

    Təcrübə

    Təcrübə
    Rate this post

     

    326.Təcrübə

    1055.İmam Əli (ə):«Təcrübələr qazanılan elmlərdir.»[1]

    1056.İmam Əlinin (ə) əziz oğluna tövsiyyəsindən: «Qəlbin daşlaşmamış və fikrin (başqa şeylərə) məşğul olmamış sənə ədəb öyrətməyə başladım ki, möhkəm düşüncənlə təcrübə edənlərin axtarıb sınaqdan keçirdikləri şeyə üz tutasan və beləliklə, də, axtarmağın əziyyəti sənin üzərindən götürülsün və təcrübə etməkdən azad olasan.»[2]

    1057.İmam Əli (ə):«İşləri təcrübədən çıxarmayan aldanar.»[3]

    1058.İmam Əli (ə):«Kim düzgün təcrübə öyrənsə ölüm-itimlərdən salamat çıxar, təcrübələrdən ehtiyacsız olmağa çalışansa işlərin sonunu görməz.»[4]

    1059.İmam Əli (ə):«İnsanın ədəbləndirilməsi və tənbehi üçün təcrübələr kifayət edər.»[5]

    1060.İmam Əli (ə):«İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir.»[6]

    1061.İmam Sadiq (ə):« …..Təcrübəsi az olan özbaşına şəxs heç vaxt heç yerdə rəhbərliyə tamah salmamalıdır.»[7]

     

    327.Təcrübə ağıl

    1062.İmam Əli (ə):«Ağıl elm və təcrübə ilə artan şüurdur.»[8]

    1063. İmam Əli (ə):«Ağıl təcrübələri yığıb qorumaqdır.»[9]

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Ğurərul-Hikəm, hədis 1036

    [2] Tuhəful-Uqul, səh.70

    [3] Biharul-Ənvar, c.77, səh.420, hədis 40

    [4] Ğurərul-Hikəm, hədis 8040-8680

    [5] Ğurərul-Hikəm, hədis 7016

    [6] Ğurərul-Hikəm, hədis 5426

    [7] əl-Xisal səh.434, hədis 20

    [8] Ğurərul-Hikəm, hədis 1717

    [9] Ğurərul-Hikəm, hədis 673