Təbii fəlakətlərin səbəbi nədir? Cavab: Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq və qorxu bəlası daddırdı»[4166]. Qurani-kərimdə Nuhu inkar edənlərin selə qərq olduğu, Ad və Səmud tayfalarının günahkarlıqları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub, kişilərə şəhvətlə yanaşan Lut tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-amanlıq, gələcəyə inam, gen-bol ruzi. İmam Sadiq (ə) buyurur: «Bəni-İsraildən bir tayfa o qədər gen-bolluq, rifah içində yaşayırdı ki, hətta uşaqlarının oyuncaqları da qida maddələrindən hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü ki, həmin oyuncaqları yeməyə məcbur oldu»[4167]. Demək, bütün bəlaların, eləcə də, təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır»[4168]. [4166] «Nəhl» surəsi, ayə 112. [4167] «Təfsire Nurus-səqəleyn» 3-cü cild, səh. 91. [4168] «Nəhl» surəsi, ayə 107. NUR-AZ.COM


more post like this