Təthir ayəsi nə deyir və onu əsas tutaraq Əhli-beytin ismətini necə isbat etmək olar?

Təthir ayəsi belədir:

«…إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً»؛

“Ey Əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. (Əhzab surəsi, 33-cü ayə)

 

Bu ayədən ismətin isbatı üçün neçə nöqtəyə diqqət etmək lazımdır:

1.            Bu ayə iki ifadədə məxsusluq və qətilik bildirir:

A)           Ayədə işlənən “انما” şəkilçisi hər bir çirkinliyin məhz Allahın istəyi ilə uzaq olmasına işarə edir.

B)            Ayədə zikr olan “Əhli-beyt” kəlməsi hər növ çirkinliyin məhz onlardan uzaq olmasını bildirir.

2.            Lüğət baxımından “Çirkinlik”dən məqsəd hər növ yanlışlıqdır. Qurani-Kərimdə də bu mənada ifadə olunub.

3.            Burada Allahın (iradəsi) istəyindən məqsəd onun Təkvini iradəsi (mütləq həyata keçən istəyidir), yəni Allah, mütləq Əhli-beytin hər növ çirkinlikdən uzaq olmasını istəyir.

4.            Hər cür çirkinlikdən uzaq olmaq eyni ilə məsum olmaq mənasındadır.

Deyilən məntiqli fikirləri yığcam halda belə demək olar:

1)            Zikr olunan “Təthir” ayəsi Allahın qəti istəyi ilə Əhli-beytdən hər cür çirkinliyin uzaq olmasını bildirir;

2)            Şübhəsiz Allahın qəti iradəsi həyata keçəndir;

3)            Əhli-beyt (ə) hər cür çirkinlikdən pakdır;

4)            Hər cür çirkinlikdən tamamilə uzaq olmaq xüsusiyyəti məsumluğa bərabərdir;

5)            Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, Əhli-beyt (ə) məsumdur.

http://sualcavab.ge

 

 


more post like this