Təqva

Allah-taala təqva barəsində buyurur: “…Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”

Hucurat 13

“Təqva” [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər.” Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.”

Təlaq 2,3

 

Təqvanı təşkil edən ünsürlər

Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur:

1. Xof;

2. Günahdan çəkinmək;

3. Allaha yaxınlaşmaq tələbi;

Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Qur`an və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir.

“Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.”

Ali İmran 76

http://sualcavab.ge/

 

 

 

 

 

 

 

 

 

 

 

QƏZƏBİMİZİ NECƏ YATİZDİRAQ?

Həm din alimləri, həm də psixoloqlar qəzəbi əksər pisliklərin açarı adlandırırlar. Onlar belə əqidədir ki, düzgün qərar çıxardan zaman sakit qəlbdən və sağlam ağıldan kömək almaq lazımdır. Qəzəb həm qəlbi öldürər və həm də ağlı işdən salar. Xeyir iş üçün yol qalmaz.

Sokrat deyir: “Mən dənizin tufanlı dalğasında və sıldırımlarında giriftar olan gəmidən daha ümidliyəm, nəinki o şəxsin ki, qəzəb atəşi şölələnmişdir. Varlığının gəmisi qəzəb burulğanında giriftar olmuşdur. Çünki gəmini mahir kapitanlar hiylə və elmi yollarla xilas edə bilərlər. Ancaq bu insan bu halda ümid və çarədən kəsilmişdir. Çünki hər hiylə işlətsən: nəsihət və öyüd kimi və hər nə qədər onunla təvazökar davransan da, şöləsini gücləndirmiş olarsan”.

Məsumlar (ə) bu halda da çıxış yollarını tanıdıblar. Onlara nəzər salaq. Qəzəblə ən yaxşı mübarizə yolu – Allah Təalanı yada salmaqdır. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Qəzəblənmə, əgər olmusansa, əyləş. Allahın bəndələri üzərindəki qüdrəti və güzəştinə görə fikirləş. Nə zaman sənə deyilsə ki, Allahdan qorx, qəzəbini kənara qoy, güzəşt və səbrinə tərəf qayıt”.

Allah Təala buyurur: “Qəzəb – şeytanın səylərinin nəticəsidir. Qəzəbdən amanda qalmaq üçün şeytandan Allahın dərgahına pənah aparmaq lazımdır”.

Ona görə də İmam Sadiq (ə) buyurur: “Nə zaman sizlərdən biri qəzəblənsə, desin: “Əuzu Billəhi minəş-şeytanir-racim”. İnsan bu istəyi ilə şeytanın şərindən amanda qalar”. İmam (ə) duasında belə buyurur: “Allahım, günahlarımı bağışla. Qəlbimin qəzəbini aradan apar. Mənə qovulmuş şeytandan pənah ver. Çünki Allahın gücündən başqa heç bir böyük güc və qüvvə yoxdur”.

Qəzəblə mübarizə aparmağın yollarından biri də soyuq su ilə dəstəmaz və ya qüsl almaqdır. Qəzəblə mübarizə aparmağın işlək yollarından biri də mübahisəni tərk etməkdir. Bu vəziyyəti dəyişmək bir çox ziyanların qarşısını alar. Bu yol qəzəbi tamamilə yatızdırmasa da, ən azı onu bir müddət təxirə salar.

İmam Əli (ə) buyurur: “Qəzəblənən zaman özünə hakim ol. Üsyankarlıq və tündlük etmə, küsmə. Dilinə ölçülməmiş sözlər gətirmə”.

Qəzəbimizi kontrol edək və şeytanın tələsinə düşməyək.

(Tebyan/ Deyerler.org)

http://sualcavab.ge/

 

 

 

 

 


more post like this