Alimlər təkəbbürün üç səbəbinin olduğunu göstərir. Bu üç səbəbdir ki, insanı təkəbbür etməyə, öz əli ilə həyatını yandırmasına, insanların ondan zəhləsinin getməsinə səbəb olur. Birinci səbəb budur ki, insan Allahı və ətrafındakı aləmi lazım olduğu kimi tanımır. Bu mövzularda mərifəti yoxdur. İnsanın təkəbbürlülüyünün ikinci səbəb budur ki, insan natamamlıq kompleksi ilə yaşayır. Özündə natamaqlıq hissi keçirən insan təkəbbürlülük edir. Özünün natamamlığını ört-basdır etməyə çalışan insanın əməlləri, sonda təkəbbürlülüyə gəlib çıxır. On dörd əsr bundan qabaq İslam dini insanlığa bu psixoloji xəstəliyi çatdırıb. Natamamlıq hissi, daxili komplekslər bəzi insanları təkəbbürlü edir. Bu daxili problemləri həll etməmək – insanı təkəbbürlük etmək kimi absurd davranış tərzinə sövq edə bilir.

Təkəbbürə səbəb olan üçünü səbəb isə insanın özünü ifrat dərəcədə istəməsidir. O demək deyil ki, İslam insana özünü sevməməyi təlqin edir. Əsla. Özünü istəməyə İslamın nəzəri mənfi deyil. İslamda özündən razılıq, özündən müştəbeh olmaq pislənilir. Özündən razı insanın özünütənqid hissi zəif olur. Deməli, mənəvi təkamül üçün də yol bağlı olur.

http://sualcavab.ge

 

 


more post like this