239. Əbuzərdən nəql olunur: «Allahın Rəsulunun (s) hüzuruna getdim. O‚ məsciddə oturmuşdu. Onun tənha olmasını fürsət bildim. Mənə buyurdu: «Ey Əbuzər! Məscidə salam ver.» Dedim: «Necə salam verim‚ ey Allahın elçisi?» Buyurdu: «İki rəkət namaz qıl.»

240. Əbuzərdən nəql olunur: «Allahın Rəsulu (s) məsciddə olarkən onun yanına getdim və oturdum. O‚ buyurdu: «Ey Əbuzər! Namaz qılmısanmı?» Dedim: «Xeyr». Buyurdu (s): «Qalx və namaz qıl!»

Ayağa qalxıb‚ namaz qıldım və sonra oturdum.»

241. Həzrət Məhəmməd (s): «Məscidə daxil olduqda‚ oturmadıqdan öncə‚ iki rəkət namaz qıl.»

242. Rəsulallah (s): «Məscidə gəldikdə‚ iki rəkət namaz qılmamış‚ oturma!»

243. Əbu Qutabədən nəql olunur: «Allahın elçisi (s) buyurdu: «Məscidlərin haqqını yerinə yetirin.» Dedilər: «Onların haqqı nədir?» Buyurdu (s): «Oturmamışdan qabaq iki rəkət namaz qılın.»

244. İmam Əli (ə): «Məscidin haqlarından da biri budur ki, oraya ayaq basdıqda iki rəkət namaz qılmalısan. İki rəkət namazın da haqqı budur ki, (onu qılarkən) Ümmül-Quranı («Həmd» surəsi) qiraət edəsən.»

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this