975. Sünnəyə sadiq qalmağa həvəsləndirmək

3136. Allahın Peyğəmbəri (s):«Sünnəyə sadiq olan şəxs yaxşı əməl edərsə əməli qəbul olar, səhv edərsə, bağışlanar.[1]

3137. İmam Səccad (ə):«Allahın yanında ən yaxşı iş, miqdarı az olsa belə, sünnəyə uyğun görülən işdir.»[2]

 

976. Sünnə qoyan şəxsin mükafatı

3138. Allahın Peyğəmbəri (s):«Kim öz ölümündən sonra da əməl olunan gözəl bir sünnə qoyarsa, həm özünün mükafatı, həm də o sünnəyə əməl edən kəslərin savabından bir şey azalmadan onların savabı qədər savabı var. Amma kim bəyənilməyən bir sünnə qoyarsa və ölümündən sonra ona əməl olunarsa, günahkardır və onların öz günahlarından bir şey azalmadan, sünnəyə əməl edən kəslərin günahları qədər ona da günah yazılar.»[3]

 

977. Bəyənilmiş sünnəni ləğv etməyin qadağan olması

3139. İmam Əli (ə): (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Bu ümmətin böyüklərinin əməl etdiyi, vəhdətə və həmrəyliyə səbəb olan, xalqın işini nizama, sahmana salan bəyənilmiş sünnəni sındırma. Heç vaxt keçmiş sünnələrə az da olsa ləkə gətirən bir sünnə və üsul icad etmə. Çünki belə olan surətdə keçmiş sünnənin banisi savab qazanacaq, sən isə onu ləğv etməklə günahkar olacaqsan.»[4]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Kənzul-Ummal,hədis 911

[2] əl-Kafi, c.1,səh. 70, hədis 7

[3] Kənzul-Ummal, hədis 43079

[4] Nəhcül-Bəlağə, məktub 53


more post like this