3066. Allahın Peyğəmbəri (s):«Sultanın xidmətində durmaqdan ehtiyatlı ol ki, bu iş dini aradan aparar. Ona köməklik göstərməyə ehtiyat et. Çünki onun işlərini bəyənməyəcəksiniz.»[1]

3068. Allahın Peyğəmbəri (s):«Kim Sultana xidmət etmək yolunu seçərsə fitnə və azğınlığa düçar olar. Kim sultana daha çox yaxınlaşsa, Allahdan daha uzaq olar.»[2]

3068. Allahın Peyğəmbəri (s):«Sultanın dərgahından və ətrafından uzaq ol. Çünki sizlərdən sultan dərgahına və ətrafına ən yaxın olanınız Allahdan ən uzaq olanınızdır. Kim sultanı Allahdan üstün bilsə, Allah-taala təqvanı ondan götürər, onu çaşqın və məəttəl edər.»[3]

3069. İmam Əli  (ə):«Sultanın yaxını və sirdaşı olmaq şiri minmiş şəxs kimidir. İnsanlar onun məqamına qibtə etsələr də, özü neçə təhlükəli vəziyyətdə olduğunu daha yaxşı bilir.»[4]

3070. İmam Əli (ə):«Sultandan uzaq ol ki, onun hiylə və məkrlərindən amanda qalasan.»[5]

 

955. Sultanın qarşısında baş əymək

3071. Allahın Peyğəmbəri (s):«Kim öz ehtiyacına görə zalım sultanın qarşısında özünü alçaltsa, Cəhənnəm atəşində onunla birlikdə olar.»[6]

3072. Allahın Peyğəmbəri (s):«Kim bir şeyə tamahlanaraq zalım sultanı tərifləsə və özünü onun qarşısında xar və yüngül tutsa, Cəhənnəmdə ona yoldaş olar.»[7]

3073. İmam Sadiq (ə):«Əgər mömin bir qüdrət sahibinin, və ya onun dininə müxalif olan şəxsin qarşısında onun dünya malından bir şey əldə etmək niyyəti ilə baş əyib qulluğunda dayanarsa, Allah-taala onun ad-sanını yox edər. Bu işə görə ona qəzəblənər və özbaşına buraxar. Əgər onun dünya malından bir şey əldə edərsə, Allah-taala o maldan bərəkəti götürər.»[8]

 

956. Ədalətli sultanın fəziləti

3074. Allahın Peyğəmbəri (s):«Təvazökar, ədalətli sultan yer üzündə Allahın kölgəsi və Onun nizəsidir.»[9]

3075. İmam Əli (ə):«Rəhbərlər yer üzündə Allahın hökmlərini qoruyanlardır.»[10]

3076. İmam Əli  (ə):«Həqiqətən, Allahın sultanı (haqq dinin hakimiyyəti və rəhbərliyi) sizin işlərinizin qorunmasının və sahmana düşməsinin səbəbkarıdır. Buna görə, vaxt itirmədən öz meyliniz və ixtiyarınızla ona itaət edin. Allaha And olsun, ya siz bu işi edəcəksiniz, ya da Allah-taala İslam sultanını (islamın haqq hökumətini) sizin əlinizdən alıb, bir daha heç vaxt sizə nəsib etməyəcək və hakimiyyət sizdən qeyrisinə tapşırılacaqdır.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Biharul-Ənvar,c.10, səh.368 , hədis 7

[2] Biharul-Ənvar,c.75, səh.371 , hədis 13

[3] Biharul-Ənvar,c.75, səh.372 , hədis 19

[4] Nəhcül-Bəlağə, hikmət 263

[5] Biharul-Ənvar,c.77, səh.215 , hədis 1

[6] Biharul-Ənvar,c.76, səh.360 , hədis 30

[7] Əmali-Səduq, səh.347 , hədis 1

[8] Biharul-Ənvar,c.75, səh.371 , hədis 15

[9] Kənzul-Ummal, hədis 14589

[10] Nəhcül-Bəlağə, hikmət 332

[11] Nəhcül-Bəlağə, xütbə 169


more post like this