Məsələ 1840: Bir şəxsin başqası ilə ixtilaflı, yaxud ixtilaf və qarşıdurmaya səbəb ola biləcək bir məsələdə öz malının, qazancının və yaxud haqqının bir miqdarını ayrısına verməsinə, yaxud o da əvəzində öz malından, mənfəətindən bir miqdarını ona versin deyə, öz tələbindən, haqqından keçməsinə razı olmasına “sülh” deyilir. Yaxud öz tələbindən, haqqından keçməsinə “muəvvəz sülhü” deyilir. Əgər bu həvalə etmə əvəzsiz olsa, “qeyri-muəvvəz sülhü” adlanır və hər ikisi düzgündür.
Sülhün hökm və şərtləri
Məsələ 1841:Bir şeyi digərinə sülh edən şəxs həddi-büluğa çatmış və aqil olmalıdır. Onu (bu işə) heç kəs məcbur etməməli və sülh qəsdində ciddi olmalıdır. Səfeh (malını hədər yerə xərcləyən) olmamalı və habelə, şəriət hakimi ona malında təsərrüf etməyini qadağan etməməlidir.
Məsələ 1842: Sülhü hər dildə, məsələn, ərəbcə, farsca və s. siğəsi ilə oxumaq olar. Habelə, qarşı tərəflərin sülh və razılığa gəlməsini aydınlıqla göstərən hər bir əməl kafidir.
Məsələ 1843: Əgər bir şəxs öz tələbini nəyinsə müqabilində və yaxud əvəzsiz olaraq digərinə sülh etmək istəsə, qarşı tərəf qəbul etdiyi halda düzgündür. Lakin, öz tələbindən, haqqından keçmək istəsə, qarşı tərəfi qəbul etmək lazım deyil və bu da bir növ sülhdür.
Məsələ 1844: Əgər insan aldığı borcun miqdarını bildiyi halda unutduğunu izhar etsə və ona borc verən şəxs (bunu) bilməsə və öz borcunu olan miqdardan aza sülh etsə düzgün deyil, borclu şəxs artıq miqdara borcludur. Əgər (borc verən şəxs) öz borcunu bildiyi halda da bu sülhə razı olacaqdısa, istisnadır.
Məsələ 1845: Əgər çəkisi mə’lum olan və bir maldan olan iki şeyi bir-birlərinə sülh etmək istəsələr, sələm qarşıya gəlmədiyi halda düzgündür. Yəni hər ikisinin çəkisi eyni olmalıdır. Əgər onların çəkisi mə’lum olmasa, az və yaxud çox olmasını ehtimal versələr, sülh etməyin iradı var.
Məsələ 1846: Əgər birinin başqasında vaxtı çatmayan borcu varsa, borcunu az bir miqdarla sülh etsə və məqsədi də bu olsa ki, alacağının bir miqdarını (ona) bağışlasın və qalanını isə nəqd alsın, (bunun) eybi yoxdur. Məsələn, altı aydan sonra 10 min tumən alacağı var, onun min tumənindən imtina edib, qalanını qarşı tərəfin razılığı ilə nəqd şəkildə alır.
Məsələ 1847: Sülh müqaviləsini qarşı tərəflərin razılığı ilə pozmaq olar. Həmçinin, əgər müqavilə əsnasında qarşı tərəflərdən biri və yaxud hər ikisi üçün müqaviləni pozma hüququ təyin edilsə, o şəxs sülhü poza bilər.
Məsələ 1848: Alqı-satqı hökmlərində qeyd edildi ki, 11 halda müamiləni pozmaq olar. Bütün bu 11 halda sülhü də pozmaq olar. Lakin, məclis, heyvan və təxir ixtiyarları istisnadır. Yəni, əgər razılaşma məclisində sülh bitəndən sonra qarşı tərəflərdən biri peşman olsa, fəsx (müamilənə poza bilmə) hüququ yoxdur. Habelə, heyvan razılaşmasında fəsx hüququ ilk üç gündə sabit deyil. Həmçinin, əgər bir malı nəqd olaraq sülh etsə və onun əvəzini ödəməkdə yubansa, həmin ilk gündə fəsx hüququ qarşı tərəf üçün sabitdir və üç gün keçməsinə ehtiyac yoxdur.
Məsələ 1849: Əgər sülhə götürdüyü bir şey eyibli olsa və ondan xəbəri olmasa, sülhü poza bilər. Lakin, eyibli və düzgün qiymət fərqlərini almaq qarşı tərəflərin razılığından asılıdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi


more post like this