islamic mənbələri

    1. home

    2. article

    3. Şükr

    Şükr

    Şükr
    Rate this post

     

    1038. Allaha şükr etməyə həvəsləndirmək

    Quran:

    «Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və naşükür olmayın.»[1]

    Hədis

    3325. İmam Əli (ə): «Şükr var dövlətin zinəti və səbr, çətinliyin zinətidir.»[2]

    3326. İmam Əli (ə): «Allah qarşısında sizə ən vacib olan əməl Onun nemətlərinə şükr etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır.»[3]

    3327. İmam Sadiq (ə): «Hər çəkdiyin nəfəs üçün bir şükr, bəlkə min şükr və mindən də çox şükr etmək sənə vacibdir.»[4]

     

    1039. Şükr edən

    Quran:

    «Allaha ibadət et və şükr edənlərdən ol»[5]

    Hədis:  

    3328. İmam Sadiq (ə):«Misbahus Şəriə» kitabında o Həzrətə aid olunub- «Əgər Allah üçün, Onun muxlis bəndələrinin Allahı ibadət etmələrindən ötrü, bütün hallarda şükr etməkdən yaxşı bir ibadət olsaydı, o kəlməni bütün məxluqatına aid edərdi. Amma ondan yaxşı ibadət olmadığına görə, ibadətlərin arasında ona xüsusi yer verdi və onun sahiblərini məxsusən qeyd edərək buyurdu: «Bəndələrimin az bir hissəsi şükr edərlər.»[6]

    3329. İmam Hadi (ə): «Şükr edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.»[7]

    3330. İmam Əskəri (ə): «Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.»[8]

     

    1040. Nemətin artmasında şükr etməyin rolu

    Quran

    «Rəbbiniz belə bəyan etdi: «Əgər şükr etsəniz sizin nemətinizi artıraram və əgər naşükürlük etsəniz, həqiqətən, Mənim əzabım şiddətli olacaqdır.»[9]

    Hədis

    3331. Allahın Peyğəmbəri (s): «Allah bəndənin üzünə şükrün elə bir qapısını açmadı ki, bu zaman nemətin artım qapısından da biri onun üzünə açılmamış olsun.»[10]

    3332. İmam Əli (ə): «Allah-taala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o nemətin şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, şəmin nemətin onun üçün artması vacib olur.»[11]

     

    1041. Şükr neməti üçün şükr etməyin vacibliyi

    3333. İmam Səccad (ə): -duada- «Mənim Sənə şükr etməyim (nemətinin özü) şükrə möhtac olduğu halda Sənin şükrünü necə yerinə yetirə bilərəm? Hər dəfə «şükr Sənə» deyəndə, elə şükr etmək nemətinin özünə görə bir daha «şükr Sənə» demək mənə vacib olur.»[12]

    3334.İmam Sadiq(ə):«Allah-taala Musaya(ə) vəhy etdi:«Ey Musa! Mənə, layiq olduğum kimi şükr et.» Musa(ə) ərz etdi:«Ey Rəbbim. Sənə söylədiyim hər bir şükrün özü, Sənin mənə bəxş etdiyin bir nemət olduğu halda necə Sənə layiq olduğun kimi şükr edim?» Buyurdu: «Ey Musa! O şükrün uğurunu Mənim sənə bəxş etdiyimi dərk etdiyin zaman, şükrümün haqqını yerinə yetirmiş olarsan.»[13]

     

    1042. Şükrün həqiqəti

    3335. İmam Əli (ə): «Hər bir nemətin şükrü Allahın haram etdiklərindən çəkinməkdir.»[14]

    3336. İmam Əli (ə): «Düşməninə üstün gəldiyin zaman, ona güzəşt etməyini öz qələbənin şükrü bil.»[15]

    3337. İmam Baqir (ə): «Allahın az ruzisini özün çox bil ki, bununla onun şükrünü etmiş olarsan.»[16]

    3338. İmam Sadiq (ə): «Nemətin şükrü haramlardan uzaqlaşmaq və şükrün bütövlüyü insanın «həmd olsun, aləmlərin Rəbbi olan Allaha»  deməsidir.»[17]

    3339. İmam Sadiq (ə): «Allah-taala bir şəxsə nemət bəxş edən zaman, həmin şəxs qəlbində o neməti Allah tərəfindən verildiyi kimi tanıyarsa, onun şükrünü yerinə yetirmiş olar.»[18]

    3340. İmam Sadiq (ə):«Peyğəmbərin (s) qarşısına xoşagələn bir iş çıxan zaman buyurardı:«Allahın bu nemətinə şükür.» Eləcə də, qəm-qüssə gətirən bir hadisə ilə rastlaşanda buyurardı: «Hər bir halda şükr olsun Allaha.»[19]

    3341. İmam Sadiq (ə)- «Misbahuş Şəriyə» kitabında o Həzrətə istinad olunduğu kimi- «Şükrün ən azı insanın nemətin bilavasitə Allah tərəfindən olduğunu bilməsi və nemət üçün Ondan başqa bir səbəb görməməsidir. Həmçinin, Allahın bəxş etdiyinə razı olması və Onun nemətilə günaha tərəf getməməsi, ya da Allahın nemətindən, Onun heç bir əmrinə və qadağanına zidd olan yolda istifadə etməməsidir.»[20]

    1043. Ən çox şükr edən insan

    3342. İmam Əli (ə): «Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən naşükür insan, hamıdan tamahkar olandır.»[21]

    3343. İmam Səccad (ə): «Allaha ən şükrlü olanınız, insanlara ən çox təşəkkür edəninizdir.»[22]

     

    1044. Yaxşı əməl sahibinə təşəkkür etməyə həvəsləndirmək

    3344. İmam Həsən (ə): «Alçaqlıq, nemətə naşükür olmaqdır.»[23]

    3345. İmam Səccad(ə): «Sənə yaxşılıq edənin  haqqı, ona təşəkkür etməyin, yaxşılığını dilə gətirməyin, onu yaxşılıqla yad etməyin və Allahla özün aranda onun üçün ixlasla dua etməyindir. Əgər belə etsən, gizlində və aşkarda ona təşəkkür etmiş olarsan. Özü də, bir gün onun yaxşılığının əvəzini çıxmağa imkanın olarsa, bunu et.»[24]

    1045. İnsanlara təşəkkür etməyən Allaha minnətdar olmaz

    3346. İmam Səccad (ə) : «Allah-taala Qiyamət günü Öz bəndələrindən birinə buyurar: «Filankəsə təşəkkür etdinmi?» O, deyər: «Xeyr, ey Rəbbim! Mən Sənə təşəkkür etdim.» Allah-taala buyurar:«Ona təşəkkür etmədiyin üçün, Mənə də təşəkkür etməmisən.»[25]

    3347. İmam Sadiq (ə): «Yaxşılığın yolunu kəsənlərə Allah Lənət eləsin. Yəni, bir şəxsə yaxşılıq edilərsə, o da bunun müqabilində naşükürlük edər və nəticədə yaxşı əməl sahibini başqalarına yaxşılıq etməkdən çəkindirər.»[26]

    3348. İmam Rza (ə): «Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.»[27]

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Bəqərə, ayə 152

    [2] əl-İrşad, c.1, səh. 300

    [3] Ğurərul-Hikəm, hədis 3329

    [4] Biharul-Ənvar, c.71, səh. 52, hədis 77

    [5] Zumər, ayə 66

    [6] Misbahuş-Şəriyyə,səh. 55

    [7] Tuhəful-Uqul,səh. 483

    [8] Ə‘lamud-Din,səh. 313

    [9] İbrahim, ayə 7

    [10] əl-Kafi, c.2, səh. 94, hədis 2

    [11] Əmali-Tusi,səh. 580, hədis 1197

    [12] Biharul-Ənvar, c.94,səh. 146, hədis  21

    [13] Qəsəsul-Ənbiya,səh. 161, hədis 178

    [14] Mişkətul-Ənvar,səh. 35

    [15] Nəhcül-Bəlağə, hikmət 11

    [16] Tuhəful-Uqul,səh. 285

    [17] əl-Kafi, c.2,səh. 95, hədis 10

    [18] əl-Kafi, c.2,səh. 97, hədis15

    [19] əl-Kafi, c.2,səh. 97, hədis19

    [20] Misbahuş-Şəriyə,səh. 53

    [21] əl-İrşad, c.1,səh. 304

    [22] əl-Kafi, c.2,səh. 99, hədis30

    [23] Tuhəful-Uqul,səh. 233

    [24] əl-Xisal,səh. 568, hədis1

    [25] əl-Kafi, c.2,səh. 99, hədis30

    [26] əl-İxtisas,səh. 241

    [27] Uyune Əxbari Rza (ə) c.2,səh. 24, hədis2