Körpəni süddən tez ayırmaqla onun əmmək meylini daha da artırmış olursunuz. Körpə öz ehtiyacını ödəmək üçün ağzını daim işlədir. Vaxtından əvvəl süddən ayrılan körpələr üzücü narahatçılıq keçirirlər. Körpə bu narahatlığı yaradanlara etimad göstərmir. O, sakitlik tapmaqda çətinlik çəkir, hətta tez-tez yatmaqla narahat dünyadan qaçmaq istəyir. Çünki yuxuda, üzücü problemlərdən uzaq olur.
Əmmək meylinin ödənməməsi çox ciddi psixoloji problemlərə səbəb olur. Unutmaq olmaz ki, körpənin narahatlıq qarşısında müqavimət qüvvəsi zəifdir. Körpəni süddən tez ayırmağın mənfi nəticələrindən biri budur ki, o, yaşa dolduğu vaxt böyük faydalara göz yumaraq, asan əldə olunan ötəri ləzzətlərə üstünlük verir.


more post like this