Məsələ 2108: Əgər bir qadın bir uşağa (sonradan qeyd ediləcək məsələlər əsasında) süd versə, o qadın onun anası, süd ona aid olan kişi isə onun atası hökmündədir və o kişinin atası, babası, anası nənəsi, qardaşı, əmisi, bacısı bibisi, övladları isə onun qardaş və bacıları hesab olunurlar. Həmçinin, o qızın atası onun ana babası, anası ana nənəsi, qardaşı dayısı, bacısı xalası hesab olunur. Həmçinin, qadının süd verdiyi qız onun ərinə haramdır (bu şərtlə ki, o qadınla cinsi əlaqədə olsun). Habelə insan arvadının süd anası ilə evlənə bilməz, çünkü arvadının anası hökmündədir.
Başqa ifadə ilə, əgər uşağa aşağıda qeyd ediləcək halda süd versə, o uşaq bu qrup insanlara məhrəm olur:
1-O qadının özünə; ona süd anası deyilir.
2-Qadının ərinə; süd ona məxsusdur və ona da süd atası deyilir.
3-O qadının atası və anasına–nə qədər yuxarı getsələr də; hətta onun süd anası və süd atası da olsa.
4-O qadından dünyaya gələn, yaxud dünyaya gələcək uşaqlara;
5-O qadının övladlarının uşaqlarına, nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun.
6-O qadının bacı və qardaşına, hətta süd vasitəsi ilə olsalar da;
7-O qadının əmisi və bibisinə, hətta süd vasitəsi ilə olsalar da;
😯 qadının xalası və dayısına, hətta süd vasitəsi ilə olsalar da;
9-O qadının süd ona məxsus olan ərinin övladlarına, nə qədər aşağı getsə və hətta onun süd vasitəsi ilə övladları olsalar da;
10-O qadının ərinin ata-anasına, nə qədər yuxarı getsə də;
11-Ərinin qardaşı və bacısına, hətta süd qardaşı və süd bacısı da olsa;
12-Süd ona aid olan ərin əmisi, bibisi, dayısı və xalasına, nə qədər yuxarı getsələr də, hətta südvermə yolu ilə də olsalar. Həmçinin sonrakı məsələlərdə deyiləcəyi kimi, bundan başqa bir neçə nəfər də südvermə yolu ilə məhrəm olurlar.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this