818. Körpənin südəmər dövrü

Quran

«Öz körpələrinə süd verməyi tamamlamaq istəyən analar, bütöv iki ili süd versinlər.»[1]

Hədis

2605. Allahın Peyğəmbəri (s):«Körpə üçün anasının südündən yaxşı süd yoxdur.»[2]

2606. İmam Əli (ə):«Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə ona süd verənin təbiəti ilə inkişaf edir.»[3]

2607. İmam Baqir (ə):«Öz körpənizə süd vermək üçün gözəl əxlaqlı dayə tutun və pis əxlaqlı dayələrdən çəkinin. Çünki süd (insanın xüsusiyyətlərini) keçirir.»[4]

 

819. Nalayiq dayələr

2608. Allahın Peyğəmbəri (s):«Ağıldan kəm və göz xəstəliyinə tutulan qadınları dayəliyə götürməyin. Çünki süd öz tə‘sirini qoyur.»[5]

2609. İmam Əli (ə):«Öz körpələrinizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın. Çünki süd öz tə‘sirini göstərir.»[6]

2610. İmam Sadiq (ə):«Yəhudi və xaçpərəst dayənin südü, nasibi (Əhli-Beyt (ə) düşməni) dayənin südündən yaxşıdır.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1]Bəqərə, ayə 233

[2] Uyune Əxbarul Rza (ə), c.2,səh. 34 , hədis69

[3] əl-Kafi, c.6,səh. 44 , hədis10

[4] əl-Kafi, c.6,səh. 44 , hədis12

[5] Biharul-Ənvar, c.103 , hədis13

[6] Biharul-Ənvar, c.103,səh. 323, hədis9

[7] Vəsayiluş-Şiə, c.15, səh 187, hədis1


more post like this