1000. Şücaət

3220. İmam Əli (ə) :«Şücaət nəqd olan izzətdir.»[1]

3221. İmam Əli(ə):«Şücaət nəqd kömək və aşkar fəzilətdir.»[2]

3222. İmam Əli(ə):«Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq şücaətlə və qorxaqlıq yalanla birgə olar.»[3]

3223. İmam Həsən (ə) Şücaət nədirsüalının cavabında):  «Düşmənlər qarşısında dəyanət və döyüşdə möhkəmlikdir.»[4]

 

1001. Şücaətin amilləri

3224. İmam Əli (ə):«Şücaətin təbiətində üç xislət var, onların hər birindəki fəzilət və dəyər digərində yoxdur: öz canından keçmək, zillətə getməmək, ad axtarmaq. Əgər bu üç xislət şücaətli insanda bərabər və kamil şəkildə olarsa, rəqibsiz bir pəhləvana və öz zəmanəsinin adlı-sanlı qəhrəmanına çevrilər. Əgər onda bu xislətlərdən biri digərindən daha artıq olarsa, həmin xislətdə onun şücaəti daha çox və qorxmazlığı daha artıqdır.»[5]

3225. İmam Əli (ə):«Kişinin dəyər-qiyməti onun sə‘yi qədərdir. Doğru danışmağı və sadiqliyi onun mərdliyi həddə və onun şücaəti də qeyrəti qədərdir.»[6]

3226. İmam Əli (ə):«Kişinin şücaəti onun sə‘yi və qeyrəti isə zillətə getməməyi qədərdir.»[7]

3227. İmam Əli(ə) :«Şücaət, zillətdən utanmağın qədərincədir.»[8]

 

1002. Ən şücaətli insan

3228. Allahın Peyğəmbəri (s):- səhabələrə xitabən- «Aranızda kimin ən möhkəm və ən qüvvəli olduğunu deyimmi?» Ərz etdilər:«Bəli, ey Allahın Rəsulu!» Həzrət (s) buyurdu:«Sizin ən möhkəm və ən güclünüz şad və razı olanda günaha, batilə tərəf getməyən, eləcə də narahat, narazı vaxtı haqqı danışmaq yolundan çıxmayan, qüdrətə çatanda haqqı olmadığına əl atmayandır.»[9]

3229. İmam Əli (ə) :«Ən şücaətli insan hamıdan səxavətli olandır.»[10]

3230. İmam Əli (ə):«Ən şücaətli insan dözməklə nadanlığa qalib gələndir.»[11]

3231. İmam Əli (ə) :«Ağıl sahibindən şücaətli bir kimsə yoxdur.»[12]

3232. İmam Əli (ə) :«Ən güclü insan, öz nəfsinə daha çox hakim olandır.»[13]

 

1003. Şücaətin bəlası

3233. İmam Əli (ə):«Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir.»[14]

3234. İmam Əli (ə):«Həqiqətən, şücaətin bir həddi var. Əgər onu aşsalar qorxmazlıq olar.»[15]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Ğurərul-hikəm,hədis 572

[2] Ğurərul-hikəm,hədis 1700

[3] Ğurərul-hikəm,hədis 7597

[4] Tuhəful-Uqul,səh. 226

[5] Biharul-Ənvar, c.78,səh. 236 , hədis 66

[6] Nəhcül-Bəlağə, hikmət 47

[7] Ğurərul-hikəm,hədis 5763

[8] Ğurərul-hikəm,hədis 6180

[9] Məani-Əxbar,səh. 366 , hədis 1

[10] Ğurərul-Hikəm,hədis 2899

[11] Ğurərul-Hikəm,hədis 3357

[12] Ğurərul-Hikəm,hədis 10591

[13] Ğurərul-Hikəm,hədis 3188

[14] Ğurərul-Hikəm,hədis 3938

[15] Biharul-Ənvar, c.78,səh.377 , hədis 3


more post like this