islamic mənbələri

    1. home

    2. article

    3. Şübhə

    Şübhə

    Şübhə
    Rate this post

     

    996. Şübhə

    3208. İmam Əli (ə) :«Şübhə, haqqa oxşar (şəbih) olduğuna görə, şübhə adlanmışdır. Yəqinlik şübhə vaxtı Allahın övliyalarının yolunun işığı, doğru yol isə hidayət edənləridir. Ancaq, şübhə vaxtı Allah düşmənlərinin də‘vətçisi azğınlıq və yol göstərənləri isə korluq olar.»[1]

    3209. İmam Əli (ə):«Şübhədən çəkinin. Çünki şübhə fitnə və yoldan azdırmaq məqsədilə ortaya atılmışdır.»[2]

    3210. İmam Baqir(ə) :«Qarşıya şübhə çıxan zaman dayanmaq, ölüm  uçurumuna düşməkdən yaxşıdır.»[3]

    3211. İmam Sadiq (ə) :«Ən təqvalı insan şübhə vaxtı dayanandır.»[4]

     

    997. Şübhələrdən uzaqlaşmağın vacibliyi

    3212. Allahın Peyğəmbəri (s):«Səni şübhəyə salan hər nə varsa tərk et, səndə şübhə doğurmayan şeydən işində istifadə et. Çünki qoruğun ətrafında heyvan otaran, qoruğa daxil olmağın astanasındadır.»[5]

    3213. Allahın Peyğəmbəri (s):«Aydın halal var və bir də aydın haram. Bunların arasında şübhəli və naməlum işlər də mövcuddur. Beləliklə, kim şübhələri tərk edərsə haramlardan nicat tapmışdır. Kim şübhələrdən yapışsa, haramlara düşüb bilmədən məhv olar.»[6]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     

     



    [1] Nəhcül-Bəlağə, xütbə 38

    [2] Nəhcus-Səadə, c.2,səh. 320

    [3] Ə‘lamud-Din,səh. 301

    [4] əl-Xisal,səh. 16 , hədis 56

    [5] Tənbihul-Xəvatir, c.1,səh. 52

    [6] əl-Kafi, c.1,səh. 68 , hədis 10