1023. Şüar

3277. Allahın Peyğəmbəri (s): -Müharibəni başlamazdan qabaq şuar verməyi əmr etdiyi zaman- «Şüarınızda Allahın adlarından biri olmalıdır.»[1]

3278. İmam Əli (ə): «Bədr günü Allah Rəsulunun (s) sahabələrinin şüarı bu idi:«Ey kömək olunmuş, öldür!»[2]

3279. «Mustədrikul vəsail»:«Cəməl» müharibəsində Əmirəl-mömininin (ə) şüarlarından biri bu idi: «Ha mim, la yün sərunə» Ey Allahım, bizi əhdi sındıranlar üzərində qalib et.»[3]

3280. İmam Sadiq (ə): «Bədr günü bizim şuarımız bu olmuşdur: «Ey Allahın qələbəsi! Yaxınlaş, yaxınlaş!»….Hüseynin (ə) şüarı «Ya Məhəmməd»  idi. Bizim də şüarımız: «Ya Məhəmməd!»dir.»[4]

 

1024. Qiyamətdə müsəlmanların şüarı

3281. Allahın Peyğəmbəri (s): «Qiyamət günü sirat körpüsündən keçəndə müsəlmanların şüarı «Allahdan başqa Allah yoxdur və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» olacaq.»[5]

3282. Allahın Peyğəmbəri (s): «Qiyamət günü siratdan keçəndə möminlər bu şüarı deyəcəklər: «İlahi! Bizi salamat saxla, bizi salamat saxla.»«[6]

3283. Allahın Peyğəmbəri (s): «Qiyamətin qaranlığında möminlərin şüarı budur: «Səndən başqa Allah yoxdur.»«[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Musitədrəkul-Vəsail, c.11, səh. 113 , hədis 12564

[2] Musitədrəkul-Vəsail, c.11,səh. 113 , hədis 12560

[3] Şərhe Nəhcül-Bəlağə, c.1, səh. 262

[4] əl-Kafi, c.5, səh.47, hədis 1

[5] Mustədrəkul-Vəsail, c.5, səh.47, hədis 6079

[6] Kənzul-Ummal, hədis 39030

[7] Kənzul-Ummal, hədis 39033


more post like this