Həzrət Xədicənin (s) İslam peyğəmbərindən (s) öncə evlənib evlenməməsi barədə müxtəlif fikirler movcuddur. Bəzi alimlərin fikrincə həzrət Xədicənin (s) ilk evləndiyi şəxs həzrət Peyğəmbər (s) olmuşdur.
Lakin digər tarixçilərin nəzərincə, həzrət Xədicə (s) İslam peyğəmbəri (s) ile evlənməzdən öncə Əbi Halə Hind ibn Zurarə ve Etiq ibn Aid Məxzumi adlı şəxlərlə ailə qurmuşdur. Həzrət Xədicənin (s) Əbi Halədən “Hind” adli oglunun dunyaya gəlməsi deyilir. Hinddən Peyğəmbərin (s) görünüşü ve s. barədə bəzi rəvayetler nəql edilib. Hindin böyuk nitq qabiliyyətinə malik olmasi, Bədr ve Uhud döyüşlərində iştirak etməsi ve habelə Cəməl muharibəsinde İmam Əlinin (s) bayragi altinda şehid edilməsi qeyd edilib.
Hindlə həzrət Fatimənin (s) munasibətinə gəlincə isə, Hinddən neql edilən bir cumlə məsleyə aydinliq gətirə bilər: “Mən ata, ana, baci ve qardaş baxımdan ən üstün şəxsəm: Atam Rəsulullah (s), anam Xədicə (s), qardaşım Qasim (r), bacım ise Fatimədir”. (“Biharul-envar”, c. 16, səh. 148-155; “Sireyi İbn Hişam” (Haşiyə), c. 1, səh. 187 ) Hindin həzrət Fatimeylə (s) öyünməsi bu baci-qardaşlar arasında sıx ve səmimi munasibətin olmasinin gostəricisidir.


more post like this