İnsanın hər bir məsləyə, gələcəyə optimist yanaşmasi onun inamından, ümidli olmasından, arzularından irəli gəlir. Ümid və arzu hər şeyin başidir. İnsanın ümidi azaldısa, təlaşdan, fəaliyyətdən əl çəkəcək. Rəvayətlərə əsasən, İsa (ə) öturmuşdu və bir qoca kişi bel ilə yəri şumlayırdı. İsa (ə) dedi:«İlahi, (ümid və) arzunu ondan al”. Elə həmin an o qoca beli kənara atdı və uzandı. Bir saat keçəndən sonra İsa dedi:« İlahi, arzunu ona qaytar”. Qoca dərhal ayağa qalxdı və işləməyə başladı.» Yaxud əziz İslam peyğəmbəri (s) buyurub: «Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»
Ümumiyyətlə, inanclı insan pissimist ola bilməz. Çünki sonsuz rəhmət və mərhəmət sahibi Allahın bəndəsidir. Hər bir işdə ona dəstək olacağına inanır. Özünü nəhayətsiz gecə bağlı görür. NUR-AZ.COM


more post like this