Ayəyə əsasən, bu müharibədə düşmən ordusunun məğlubiyyət amillərindən biri onların üstünə əsən şiddətli külək və gözə görünməyən mələklərdən ibarət ilahi ordu olmuşdur. Belə isə necə deyə bilərik ki, müsəlmanların qələbəsinin səbəbi Əlidir (ə)?

Cavab: Bir müharibədə qələbənin müxtəlif amilləri ola bilər; təbii amil, hərbi amil, mənəvi amil və s. “Əhzab” müharibəsində də şübhəsiz, hər üç amil birləşərək, düşmənləri məğlub etdi. Onların ayrı-ayrılıqda təsirini inkar etmək olmaz. Düşmən ordusunun cəsur döyüşçüsü Əmr ibn Əbdəvud həm imam Əli (ə), həm külək, həm də mələklər vasitəsilə öldürüldü. Bu amillərin yanaşı təsiri ilə nəhayətdə, müsəlmanlar qələbə qazandılar.

 

NUR-AZ.COM


more post like this