Cavab: Bütün müctəhidlərin rəyi: Xeyr, seyidlərin payının verilməsində fəqirliyin nəzərə alınması şərtdir.

Sual: 99. Seyidlərə illik xərclərindən artıq xüms vermək olarmı?

Cavab: İmam (r), Xamenei, Fazil, Nuri, Sistani, Safi, Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən bu işə icazə yoxdur.

Behcət: Bəli. Lakin müstəhəb ehtiyat budur ki, fəqir seyidə bir ilin xərcindən artıq verilməsin.

Məkarim: Xeyir, icazə yoxdur.

Sual: 100. Günahkar seyidə xüms vermək olarmı?

Cavab: (Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rəyi: Əgər xüms vermək onun günah etməyinə kömək olarsa, icazə verilmir.

Behcət və Sistani: Əgər xüms vermək onun günah etməsinə kömək olarsa vacib ehtiyata əsasən, icazə yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this