Cavab: Bu sualın cavabının mənfi olması gün kimi aydın məsələdir, lakin yarana biləcək şübhələri aradan qaldırmaq üçün bu məsələnin şəri sübutlarını sizin nəzərinizə çatdırırıq.

Qurani-kərim müsəlmanları Peyğəmbərin (s.ə.v.v) Əhli-beytini sevməyə dəvət edərək buyurur: “(Ey Peyğəmbər, ümmətə) de ki, mən sizdən, risaləti təbliğ etməyimin müqabilində ən yaxın qohumlarıma qarşı məhəbbət göstərməkdən başqa bir şey istəmirəm.”[3724]

Onların təvəllüd və vəfatları ilə əlaqədar olaraq mərasimlərin təşkil olunması bir növ Peyğəmbərə (s.ə.v.v) ehtiramdır. Qurani-kərim Peyğəmbərə (s.ə.v.v) yardım etməkdən əlavə, onun məqamını uca tutmağı da hidayət və səadətin meyarları hesab etmişdir: “Ona (Peyğəmbərə) iman gətirənlər, inananlar və hörmət bəsləyənlər, yardım edənlər və ona nazil etdiyimiz kitaba tabe olanlar səadətə çatanlardır”.[3725]

Bu cür mərasimləri təşkil etmək eynilə Allahın əmrlərinə itaət etməkdir. Allah təala Qurani-kərimdə Peyğəmbərin (s.ə.v.v) cəlalından söhbət edərək buyurur: “Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?”[3726]

Bu mübarək ayədən aydın olur ki, Allah təala Peyğəmbərin cəlalının bütün dünyada genişlənməsini istəyir və Özü də Quran ayələrində onun məqamını tərifləyir. Biz də Allahın kitabına tabe olaraq onların xatirələrini əzizləyir, şəhadət və doğum günlərini qeyd edirik. Onların xatirələrini dirçəltməklə Allaha itaət edib öz məhəbbətimizi bildiririk.

[3724] “Şura” surəsi ayə.23

[3725] “Əraf” surəsi, ayə-157

[3726] “İnşirah” surəsi, ayə-4

 

NUR-AZ.COM

 

 


more post like this